21.12.2009

Şaha yaltaqlıq





















1979-da İslam İnqilabı nəticəsində ölkəsindən qovulan İran şahı, 1 il sonra sürgündə xərçəng xəstəliyindən dünyasını dəyişdi. Bu günlərdə, şahın xanımı, Fərəh Pəhləvinin memuarlarını oxuyarkən şahın xəstəliyi ilə bağlı ibrətamiz əhvalata rast gəldim, bunu sizinlə bölüşmək istərdim.

Şahı müalicə edən yerli və xarici həkimlər müəyyən səbəblərdən xəstəliyi uzun zaman hamıdan, hətta pasientin özündən gizlədiblər. Bu barədə ümumiyyətlə cəmi 7-8 həkimin xəbəri varmış. Onlar bunun üçün şaha verilən Chlorambucil dərmanının adını da gizli saxlayıblar. Müalicə uğurla gedirmiş, amma bir dəfə həkimlər xəstəliyin yenidən şiddətləndiyini müşahidə ediblər.

Fərəh Pəhləvi "Xatirələr" kitabında fransız həkim George Flandrin`in həmkarı Jean Bernard`a yazdığı məktubları olduğu kimi daxil edib. Həmin məktubdan bir hissə:

6.12.2009

Adamlar və heykəllər

Prezident İlham Əliyev Bakıda Koroğluya abidə qoymaq qərarına gəlib.

Maraqlıdır, bu heykəl nəyə lazımdır?

Qazancımızdan verdiyimiz vergilər, torpağın sərvətindən gələn gəlirlərdən büdcəyə yığılan vəsait buna xərclənməlidirmi?

Heykəllər nəyə görə qoyulur? Məsələn, Koroğlunun heykəlinə baxan azərbaycanlı, ya qeyri-azərbaycanlı nə hisslər keçirməlidir? Bunları da bir tərəfə qoyuram...

Məncə heykəlin müasir dövrdə əsas görəvi insanlara estetik həzz vermək olmalıdır. Amma mən artıq əminəm ki, Bakıda qoyulacaq Koroğlu heykəli məsəl üçün, Türkiyənin Bolu şəhərində qoyulmuş Koroğlu heykəlindən heç nə ilə fərqlənməyəcək:



















Yəni bildiyimiz Koroğlu, at belində-filan... ətrafdakılara hər hansı estetik həzz verəcəyi böyük şübhə doğrurur...

Çünki bizim əksər heykəltəraşlarımızın, digər sahələrdə çalışanlarımız kimi dünya praktikasından xəbəri, həm də totalitar cəmiyyətdə yaşadıqları üçün yaradıcı cəsarətləri yoxdur.

Gəlin dünyadakı bir neçə heykələ baxaq:

2.10.2009

Bakıda Das Nibelungenlied

















Hər şey yuxarıda gördüyünüz afişadan başladı. Bakıda simpozium varmış: "Qərb və Şərq orta əsrlərin qəhrəmanlıq eposlarında: Nibelunqlar nəğməsi və Kitabi Dədə Qorqud." Dünən isə bu simpoziumun sonuncu günündə avstriyalı Dr. Eberhard Kummer`in ifasında qədim german eposu "Das Nibelungenlied" nəzərdə tutulmuşdu. Afişanı görən kimi sevindim ki, nəhayət bu maraqlı və faciəli dastana canlı-canlı, əlində arfa olan meistersinger`in ifasında qulaq asa biləcəm. Tədbirin baş tutduğu Kapellhaus`un zalına girəndə səhnədə arfalı meistersinger tək deyildi, üç şərqli dəxi vardı.
Ətrafdakı qalstuklu adamların birindən soruşdum ki, "bu nə həngamədir", dediklərindən başa düşdüm ki, tədbirin mahiyyətinə uyğun olaraq biz də öz tərəfimizdən "Dədə Qorqud oxuyacağıq.
Xülasə, tədbir başladı, növbə ilə gah Kummer öz dastanından, gah da bizimkilər Dədə Qorquddan oxudular.

video

Amma Kummer öz dastanına sadiq qalırdısa, bizimkilər yavaş-yavaş Dədə Qorqudun çadırından sivişib, gah Yunis Əmrədən və digər aşıqlardan, gah da 20-ci əsrdə Fikrət Əmirov tərəfindən teatr musiqisi kimi yazılmış "Kor Ərəb"in mahnısından oxuyurdular.

video

Tədbirdən sonra Dr. Kummerdən oxuduğu musiqinin kim tərəfindən yazıldığını soruşdum. O, musiqinin 16-cı əsrdə nota alındığını bildirdi. Qeyd edim ki, "Das Nibelungenlied" dastanı özü elə 13-cü əsrdə yazıya alınıb. Beləliklə, qonağımızın oxuduğunun Orta Əsr Musiqisi olduğuna şübhə qalmırdı.
Bizim musiqiçilərə yaxınlaşmadım, zatən oxuduqlarını yuxarıda sizlərə saymışam. Əvəzində rejissor, tələbələri tərəfindən ustad kimi tanınan Vaqif İbrahimoğluya yaxınlaşaraq, indi yazdıqlarım məsələlər barədə onun fikrini soruşdum, bizimkilərin etdiklərinin "cığallıq" olduğu ilə bağlı tənqidi fikirlərimi izhar etdim. Vaqif müəllim də mənə"qonaqların özlərinin xahişi ilə onlara mədəniyyətimizi geniş spektr şəklində göstərdiklərini" bəyan etdi. Bax belə.

10.09.2009

Niyə bloggerləri müdafiə etməliyik?

İnsanı heyvanlardan fərqləndirən cəhətlərdən biri də düşündüyünü ifadə etməkdir. Çünki əslində qoyun, keçi, eşşək də "düşünür". Quyu görəndə anlayırlar ki, ora düşmək olmaz, uçurumdan özlərini atmırlar və s. Deməli, insan da düşündüyünü ifadə etməsə, heyvandan fərqlənmir. O zaman məlum olur ki, SÖZ AZADLIĞI olmayan ölkələri idarə edənlər insanların heyvan kimi yaşamasını istəyirlər.










Bizim ölkəmizdə problemlər çoxdur; məktəbdə rüşvət, orduda dedovşina... bunları hamımız görə-görə gəlirik. Bəs bunlar niyə düzəlmir? Çünki bu problemləri ictimai surətdə danışmağa qorxuruq.
Özümüz isə başqa vaxt qorxaqlığa nakişilik kimi baxırıq. Bəs problemləri görüb də deməmək nakişilik deyil?!
Bir neçə ay bundan əvvəl Dövlət Statistika Komitəsi ötən il Azərbaycan dövlət büdcəsindən xaricdən
34 baş eşşək və qatırın alınması üçün 179 min 700 dollar vəsait xərclənməsi barədə məlumat vermişdi.
Bir qrup gənc də dövlətin bu qədər pulunun eşşəklərə "xərclənməsi"nə etiraz olaraq Youtube`da bir video yerləşdirdilər.


Sonra bu gəncləri restoranda döydülər, onlar polisə şikayət edəndə isə özlərini tutub içəri basdılar.
Onlar iki aydır ki, həbsxanadadırlar, 16 sentyabrda onların məhkəməsi keçiriləcək.
Hər bir özünə, sözünə, şəxsiyyətinə hörmət edən Azərbaycanlı gənc onları dəstəkləməlidir! Əgər bir ölkədə kimisə fikrini bildirdiyinə görə həbs edirlərsə, deməli heç kim bundan sığortalanmayıb; kim olur olsun, istər fəhlə, istər nazir... Beləliklə, iki gənci sözlərini kişi kimi dediklərinə, etiraz etdiklərinə görə həbs ediblər.
Amma cəmi iki nəfər gənc... yerdə isə milyonlarla özünə kişi deyən qalıb. Və bizim - milyonların borcu o iki nəfəri müdafiə etməkdir.
O iki nəfər kimdir?













Adnan Hacızadə 1983-cü il, iyulun 13-də Bakıda doğulub. Bakı Avropa liseyini bitirib. 2000-ci ildə Qərb Universitetinə daxil olub, bir il sonra ABŞ-ın Riçmond Universitetinə transfer olub, burada siyasətşünaslıq üzrə bakalavr təhsili alıb, 2005-ci ildə Bakıya gəlib, Xəzər Universitetinin hüquqşünaslıq fakültəsində bakalavr dərəcəsi alıb.

Emin Milli 1979-cu ildə Bakıda doğulub, 1999-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsini bitirib, Almaniyada Avropa Saarbruecken Hüquq Məktəbində magistr dərəcəsi alıb.

Beləliklə, Səbail məhkəməsinin qarşısında (Bayıl dairəsində, BP ilə üzbəüz) Azərbaycan gəncliyi özünün nə dərəcədə cəsarətli olmağını göstərməlidir.
Gəlin, orada yığışaq, görək AZAD SÖZə qiymət verənlərin, ən əsası qorxmayan azərbaycanlı gənclərin sayı nə qədərdir?

Yeni atalar sözü:
Söz deməyə qeyrəti çatmayanın Qarabağda nə işi?

Freedomhouse`un 2008-ci il araşdırmalarına görə dünyada
söz azadlığına görə 1-ci yerdə Finlandiyadır:










170-ci yerdə isə Sudan:









Azərbaycan isə 168-ci yerdədir... :(
Mənbə: http://freedomhouse.org/template.cfm?page=442&year=2008

P.S. Daha nə deyim, necə deyim ki, anlayasınız?
P.P.S. Lütfən, bu problemləri paylaşdığımız kimi, yazını da paylaşın.

5.09.2009

Gələcəyə doğru...















 




Fotonu İsmayılllı rayonunda çəkmişəm... Bu yol (!) işarəsinin parka, hakimiyyət tərəfindən bütləşdirilmiş mərhum 3-cü Prezident Heydər Əliyevin heykəlinin yanına qoyulması, çox güman ki, təsadüfdür. Azərbaycanda bunu bilə-bilə edəcək məmurun olmasına inanmağım gəlmir. Amma bəzən çox sadə həqiqətləri və çıxış yollarını da təsadüflərdən anlayırıq. Mən bu fotonu belə şərh edərdim: uşaqlarımızı, gələcəyimizi bütlərdən, ehkamlardan, tabulardan qoruyaq! Qoy onlar açıqsözlü və qorxmaz olsunlar!

17.08.2009

Mətbuat üçün senzura qaydaları

1978-ci ildə şah İranında Milli Təhlükəsizlik Xidməti (SAVAK) tərəfindən hazırlanmış mətbuat üçün senzura qaydaları


1. Şah, şahbanu, şahzadə, baş nazir və şah ailəsi haqqında hər hansı xəbər rəsmi mənbələrdən alınmalıdır.

2. Şah, yaxud şahbanu tərəfindən elan olunmuş hər hansı plan istehza hədəfinə çevrilməməlidir.

3. Məsul və yüksək vəzifəli şəxslər, həmçinin vəzifəyə şah tərəfindən təyin olunmuş şəxslər hücum və ittihamlara məruz qalmamalıdır.

4. Ölkənin hər yerində və xəbərlərin hər buraxılışında Dirçəliş Partiyası, monarxiya və Şah Milli İnqilabının 17 müddəası diqqət mərkəzində olmalı və tənqidə məruz qalmamalıdır. Bu müddəaların yerinə yetirilməsi yolları tənqid oluna bilər, lakin bu, mülayimliklə edilməlidir.

5. Xarici İşlər Nazirliyi və vəzifə təyinatları haqqında məlumatlar rəsmi mənbələrdən alınmalıdır.

6. Yalnız rəsmi mənbələr mətbuata orduda və Silahlı Qüvvələrdə vəziyyət haqqında məlumat vermək səlahiyyətinə malikdir.

7. Şahənşah məhkəməsi, təhlükəsizlik xidməti və terrorizm haqqında məlumat rəsmi mənbələrdən alınmalıdır. Terrorçuların adları və əqidələri nəzərə çatdırılmamalı, təqdir edilməməli və onlar qəhrəman kimi təqdim olunmamalıdırlar.

8. Əmək haqqının, gəlirlərin artması və muzdlu işçilərin vəziyyətində irəliləyişlər haqqında xəbərlər rəsmi mənbələrdən alınmalıdır.

9. Dövlətin iqtisadiyyat, maliyyə və sənayesinin vəziyyəti haqqında, həmçinin səhiyyə, yoluxucu xəstəliklər və ərzaq məhsulları ilə bağlı problemlər haqqında hər hansı xəbər ehtiyatla verilməlidir, belə ki, o, kütləvi iğtişaş və çaxnaşma törədə bilər.

10. Əhəmiyyətli nöqsanlar və rüşvətxorluq halları nəzərə çatdırılmamalı və faş edilməməlidir.


11. Dövlət siyasətini və quruluşunu tənqid edən yazıçı və şairlərə qəzetlərdə heç bir yer verilməməlidir.

12. Tətillər və tələbə nümayişləri haqqında xəbərlərə ehtiyatla yanaşmaq lazımdır.

13. Tənqid konstruktiv olmalı və problemlər şişirdilməməlidir. Tənqid subyektiv olmamalıdır. Problemlərin həlli metodları və üsulları yaxşı işıqlandırılmalıdır. Qəzetdə cavab vermək hüququna hörmət edilməli və cavab üçün qəzetdə xüsusi yer ayrılmalıdır.

14. Mətbuat ictimai rəyi təhrik edə biləcək reportajlar verməyə çalışmamalıdır. Mətbuat nə ümidlərin qızışdırılması, nə də həyəcan yaratmaq üçündür.

15. İctimaiyyət ucuz mənzil, sosial təminat və əmək haqqının artırılması kimi böyük ümidlərə köklənməməlidir.

Mənbə: "Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001
http://www.kitabxana.org/site/?name=view&page=1&id=185

27.07.2009

Azərbaycan müəllimi (video)

Bu videoya baxın. Materialı mənə təqdim edən vətəndaşın dediyinə görə hadisə Sumqayıt şəhəri, 10 saylı məktəbdə baş verib...

Buyurun, Azərbaycan təhsili... "Niyə bu xalq öz haqq-hüququnu bilmir" sualının ən böyük cavabı - xalq günahkar deyil! Günahkar bu sistemdir! Konkret bu mövzuda - təhsil sistemi! Daha geniş götürsək - hakimiyyət!

Bir simvola da diqqət edin - hadisələr divardakı Dövlət Gerbinin və digər atributların altında baş verir. Səhv etmirəmsə, Gerbin yanında həm də Respublikamızın 3-cü prezidenti, mərhum H.Əliyevin portreti asılıb.

video

7.07.2009

Qədim xalqlar

"...Təsəvvür edin ki, Italiya Respublikası özünü Qədim Roma dövlətinin varisi elan edir, bütün Aralıq dəniz ətrafı ölkələrə nota göndərir ki, özlərini yığışdırıb Italiyaya birləşsinlər. Qobustanda tapılan bir daş kitabə var, yadınızdamı? Üzərində filan ildə Roma ordusunun bura gəlməsindən danışılır. Bax o kitabəni əsas gətirərək bizə də ultimatum verirlər ki, elə etməyin təzədən ora gələk…
Paradoks bundan ibarətdir ki, biz o kitabə ilə fəxr edirik, halbuki yuxarıda danışdığım hipotetik əhvalat baş versə, o kitabə bizim əleyhimizə ifadə verə bilər.
Bu “Böyük Ermənistanı bərpa” məsələsi sərsəmlikdir, bunu hamımız boynumuza alırıq, amma o zaman niyə Səfəvi dövlətinin yalnız bizə məxsus olduğunu irəli sürüb, 2 milyon kv2 ərazinin bizim olmasını arzu edirik?..." YAZINI TAM ŞƏKİLDƏ OXUMAQ ÜÇÜN LÜTFƏN "AZADLIQ" QƏZETİNİN SƏHİFƏSİNƏ BUYURUN.

6.07.2009

Qarı və Prezident

Nizaminin "Sultan Səncər və qarı" hekayəsini kim xatırlayır?
O əhvalatın üstündən təxminən 9 əsr vaxt keçib... Yenə Sultan, yenə qarı...
900 ildə dəyişən yalnız qarının istəyi olub.
Əgər Nizaminin qəhramanı qoca qarı Sultan Səncərdən ƏDALƏT istəyirdisə, onu ictimai problem maraqlandırırdısa, bu gün yaşadığımız cəmiyyətdəki qarı isə tamam başqa bir şey - KİŞİ istəyir. Qarı özü də qeyd etdiyi kimi ona pul-para, heç nə lazım deyil... yalnız KİŞİ!
900 il əvvəlki insan şahın öz xarakterini dəyişə biləcəyinə ümid edirdi, onun fikrincə Sultan Səncər onun sözü ilə dəyişə bilər. Bu günkü qarımız isə başa düşür ki, şahın xarakterini dəyişmək olmaz və problemin həlli kimi [başqa bir] KİŞİ axtarır...
Beləliklə, qarının fikrincə bütün problemləri həll etmək üçün məmləkətin bir KİŞİyə ehtiyacı var.

"Afro" qrupu (mp3)

Sizi show-business`imizin yeni imzası ilə tanış etmək istəyirəm. "AFRO" qrupu!!!
Eşitdiyimə görə onlar Azərbaycan musiqisinin vurğunudurlar, bəlkə də bu xalqlarımızın musiqiyə münasibətlərinin oxşarlığından qaynaqlanır. Belə ki, Afrika da Azərbaycan kimi öz folkloru ilə məşhurdur. Nə isə, uzun sicilləmə istəməzsiniz yəqin ki... Buyurun, aşağıdakı keçiddən "Afro" qrupunun ifasında "Barı Naxçıvan" mahnısına qulaq asın: