17.08.2009

Mətbuat üçün senzura qaydaları

1978-ci ildə şah İranında Milli Təhlükəsizlik Xidməti (SAVAK) tərəfindən hazırlanmış mətbuat üçün senzura qaydaları


1. Şah, şahbanu, şahzadə, baş nazir və şah ailəsi haqqında hər hansı xəbər rəsmi mənbələrdən alınmalıdır.

2. Şah, yaxud şahbanu tərəfindən elan olunmuş hər hansı plan istehza hədəfinə çevrilməməlidir.

3. Məsul və yüksək vəzifəli şəxslər, həmçinin vəzifəyə şah tərəfindən təyin olunmuş şəxslər hücum və ittihamlara məruz qalmamalıdır.

4. Ölkənin hər yerində və xəbərlərin hər buraxılışında Dirçəliş Partiyası, monarxiya və Şah Milli İnqilabının 17 müddəası diqqət mərkəzində olmalı və tənqidə məruz qalmamalıdır. Bu müddəaların yerinə yetirilməsi yolları tənqid oluna bilər, lakin bu, mülayimliklə edilməlidir.

5. Xarici İşlər Nazirliyi və vəzifə təyinatları haqqında məlumatlar rəsmi mənbələrdən alınmalıdır.

6. Yalnız rəsmi mənbələr mətbuata orduda və Silahlı Qüvvələrdə vəziyyət haqqında məlumat vermək səlahiyyətinə malikdir.

7. Şahənşah məhkəməsi, təhlükəsizlik xidməti və terrorizm haqqında məlumat rəsmi mənbələrdən alınmalıdır. Terrorçuların adları və əqidələri nəzərə çatdırılmamalı, təqdir edilməməli və onlar qəhrəman kimi təqdim olunmamalıdırlar.

8. Əmək haqqının, gəlirlərin artması və muzdlu işçilərin vəziyyətində irəliləyişlər haqqında xəbərlər rəsmi mənbələrdən alınmalıdır.

9. Dövlətin iqtisadiyyat, maliyyə və sənayesinin vəziyyəti haqqında, həmçinin səhiyyə, yoluxucu xəstəliklər və ərzaq məhsulları ilə bağlı problemlər haqqında hər hansı xəbər ehtiyatla verilməlidir, belə ki, o, kütləvi iğtişaş və çaxnaşma törədə bilər.

10. Əhəmiyyətli nöqsanlar və rüşvətxorluq halları nəzərə çatdırılmamalı və faş edilməməlidir.


11. Dövlət siyasətini və quruluşunu tənqid edən yazıçı və şairlərə qəzetlərdə heç bir yer verilməməlidir.

12. Tətillər və tələbə nümayişləri haqqında xəbərlərə ehtiyatla yanaşmaq lazımdır.

13. Tənqid konstruktiv olmalı və problemlər şişirdilməməlidir. Tənqid subyektiv olmamalıdır. Problemlərin həlli metodları və üsulları yaxşı işıqlandırılmalıdır. Qəzetdə cavab vermək hüququna hörmət edilməli və cavab üçün qəzetdə xüsusi yer ayrılmalıdır.

14. Mətbuat ictimai rəyi təhrik edə biləcək reportajlar verməyə çalışmamalıdır. Mətbuat nə ümidlərin qızışdırılması, nə də həyəcan yaratmaq üçündür.

15. İctimaiyyət ucuz mənzil, sosial təminat və əmək haqqının artırılması kimi böyük ümidlərə köklənməməlidir.

Mənbə: "Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001
http://www.kitabxana.org/site/?name=view&page=1&id=185

1 yorum:

  1. firudin qardash, bu qaydalar hele bu memleket ve buna benzer memleketlerde var ... din hukumetinde bundan cox daha fazla dikket etmeliyuk... niye ki o zaman qayda yazili bir qaydaidi ama indi ne yazsan birisi bunu din'e ya da ummet'in inancina qarshi deyib asacaqlar... sozun aciqi ;Coban degisilip , millet hemen qoyunlardir...

    YanıtlaSil