1979-da İslam İnqilabı nəticəsində ölkəsindən qovulan İran şahı, 1 il sonra sürgündə xərçəng xəstəliyindən dünyasını dəyişdi. Bu günlərdə, şahın xanımı, Fərəh Pəhləvinin memuarlarını oxuyarkən şahın xəstəliyi ilə bağlı ibrətamiz əhvalata rast gəldim, bunu sizinlə bölüşmək istərdim.
Şahı müalicə edən yerli və xarici həkimlər müəyyən səbəblərdən xəstəliyi uzun zaman hamıdan, hətta pasientin özündən gizlədiblər. Bu barədə ümumiyyətlə cəmi 7-8 həkimin xəbəri varmış. Onlar bunun üçün şaha verilən Chlorambucil dərmanının adını da gizli saxlayıblar. Müalicə uğurla gedirmiş, amma bir dəfə həkimlər xəstəliyin yenidən şiddətləndiyini müşahidə ediblər.
Fərəh Pəhləvi "Xatirələr" kitabında fransız həkim George Flandrin`in həmkarı Jean Bernard`a yazdığı məktubları olduğu kimi daxil edib. Həmin məktubdan bir hissə:
"[...]Pol Mille zərərsiz dərman olan və ağ həbləri Chlorambucil həblərinə oxşayan Quinercyl istifadə eləyirmiş kimi göstərməyimizi təklif etdi. Dərmanın təmin edilməsi məsuliyyəti yalnız mənə aid idi: Parisdə hər iki dərmanı da satın alır, Tehrana Quinercyl qutularının içində Chlorambucil həblərini aparırdım, xəstəliklə bağlı məlumatlarımızda da Chlorambucil yerinə Quinercyl adından istiafadə eləməyimiz barədə razılaşmışdıq. Problemi çözmək üçün qurduğumuz bu inadkar oyun həm faydalı oldu, həm də sonradan pis nəticələrini gördüyümüz böyük səhv buraxılmasına imkan verdi. Əlahəzrətlərin sadiq otaq xidmətçisi ağasının uzaq ölkələrə uzun səfərlərini nəzərə alıb, çox tərifəlayiq hərəkətlə onun hər gün qəbul olunmasına üstünlük verdiyi dərmanları kifayət qədər təmin eləməyə səy göstərib. Beləcə, çoxlu miqdarda yanlış dərman, yəni Quinercyl alıb və xəstə bu iki aydan artıq müddətdə həmin Quinercyl həblərindən istifadə eləyib, bilavasitə bilmədən xəstəliyin təsirli müalicəsinə ara verib.[...]"
Gördüyümüz kimi, sarayın otaq xidmətçisinin yaltaqlıq məqsədi ilə etdiyi hərəkət şaha necə zərər vurub...
Ümumiyyətlə, bu kitabı əldə edib, oxumağınızı tövsiyyə edirəm, dostlar.
(Şəxsən mən Səadət Sarayından bir tin yuxarıda, Ə.Cavad, 8 ünvanında yerləşən "Etüd" kitab kitab və rəsm salonundan almışam.)
Fərəh Pəhləvi "Xatirələr. Yıxılan rejimin və bitməyən eşqin hekayəti"
Tərcümə: N.Əbdülrəhmanlı
"Adiloğlu" nəşriyyatı
Bakı - 2008
maraqlidur
YanıtlaSilTərcümənin keyfiyyəti necədir, yaxşıdırmı?
YanıtlaSilMüəyyən səhvlər tapmışam... Səhvlərdən başqa tərcüməçinin öz siyasi dünyagörüşünü qeydlər şəklində əlavə etməsini də bəyənməmişəm.
YanıtlaSil...düzü, türkcə oxumağı tərcih edərdim.
Maraqlı yazı oldu. Təşəkkür...
YanıtlaSilHər halda kitabı oxusam daha yaxşı olar. Çoxsağol.
Firudin abi
YanıtlaSilbu kitab men de oten ay bitirmisem ve xeyli qeydlerim var
insallah omur vafa etse
boyuk bir yazi hazirlayacagam
Salam, Firudin bəy! Fərəh Pəhləvi olduqca maraqlı simadır. Onun kitabini oxumamışam, amma tarixdən onun haqqında bilirəm.Onun Pəhləvilər üzərində çox böyük təsiri olub. Ququşla çox yaxın rəfiqə olduğunu, Ququşun şöhrətlənməsinə yardım etdiyini bilirəm. Sonralar Ququşu öz ərinə qısqanırmış. Amma onun özu də şah sarayında yaltaqlığın, rüşvətin çiçəklənməsinə rəvac verənlərdən biri olub.Bahalı hədiyyələri, dəbdəbələri sevirmiş. Bir də ki İranı yaxından tanımaq istəyənlər mütləq Ordubadini oxumalıdırlar, xüsusilə də onun ""Dumanlı Təbriz"ini. Məncə 100 il əvvəlki İran öz simasını dəyişməyib.Nə şahlar, nə yadellilər, nə də mollalar İranlıların psixologiyasında müsbətə doğru heç nəyi dəyişməyiblər...
YanıtlaSilFəxriyyə Xələfovaya oxşadı bir suyumu :)
YanıtlaSilSalam.Bu kitab haqqinda men ilk defe 525 qezetinde oxumusam,orda kicik bir hisse verilmisdi kitabdan,oxudum cox maraqli geldi.Azerbaycancasi oldugunu bilmirdim,turkce variantini Istanbullu qrup yoldasimdan xahis edib ordan getizdirmisdim.Oxumayanlara tovsiyem odur ki,oxusunlar cox maraqlidir,pesman olmazlar.Qaldi Fereh xanimin Pehleviler uzerindeki boyuk tesirine,bu neinki Iranda,dunyanin her yerinde agilli qadinlarin hokmdarlar uzerinde boyuk tesiri olub...
YanıtlaSilBu gun elde etmisem o kitabi, Zunitiro Tanizakini bitirenden sonra onu oxuyacam. Hele ki, men o kitabi oxuyana kimi anam o kitabi oxuyur.
YanıtlaSil