tag:blogger.com,1999:blog-15784498275756598262024-03-07T00:00:54.702+04:00Uzun sözün qısası..Firudin Allahverdinin bloquFirudin Allahverdihttp://www.blogger.com/profile/11110428694981809441noreply@blogger.comBlogger67125tag:blogger.com,1999:blog-1578449827575659826.post-14268698007684290672012-09-08T01:38:00.001+05:002014-03-28T16:31:31.518+04:00Niyə birgə mahnı oxuyammırıq?
Dəfələrlə şahidi olmuşam, görürsən bir beynəlxalq tədbirdi, banket zamanı müxtəlif xalqların nümayəndələri xorla öz mahnılarını oxuyurlar.
Bircə növbə bizə çatanda alınmır.
Əvvəlcə xeyli müzakirə gedir ki hansı mahnını oxuyaq, biri deyir filan mahnını, üçü deyir sözlərini bilmirik.
Üçü deyir filan mahnını, yerdə qalanlar deyir ümumiyyətlə o mahnını bilmirik.
Nəhayət bir mahnıda qərar Firudin Allahverdihttp://www.blogger.com/profile/11110428694981809441noreply@blogger.com0tag:blogger.com,1999:blog-1578449827575659826.post-38130027398335916322012-02-23T03:27:00.001+04:002014-03-28T16:32:28.602+04:00Rekursiya
Tanıdığım bir adam var. Bir dəfə təsadüfən internetdəki hansısa xəbər saytından "Toyuq əvvəl yaranıb, yoxsa yumurta sualının cavabı tapıldı" başlıqlı xəbər oxuyur. Bu xəbər ona o qədər təsir edir ki, hər gün internetdəki müxtəlif axtarış sistemlərində "Toyuq əvvəl yaranıb, yoxsa yumurta?" cümləsini axtarır. Müxtəlif forumlarda iştirak etmək üçün foruma üzv olaraq, sosial Firudin Allahverdihttp://www.blogger.com/profile/11110428694981809441noreply@blogger.com0tag:blogger.com,1999:blog-1578449827575659826.post-20745789648805369482012-01-20T01:11:00.001+04:002014-03-28T16:33:12.109+04:00Show-business barədə anekdot :)
Vobşeeem.. meşədə dovşan qaçır, arxasınca tülkü, tülkünün də arxasınca qurd. Yol bunları gətirib çıxarır qapalı, dərə kimi bir yerə. 3-ü də bir-birinin üzünə baxır.
Qurd fikirləşir: "dovşanı yeyərəm, tülkünün də işini görərəm, uzağı dovşandan bir az da tülküyə verərəm..."
Tülkü fikirləşir: "Qurd 100% mənim işimi görəcək, yəqin bir az da dovşandan mənə verər.."
Dovşan da Firudin Allahverdihttp://www.blogger.com/profile/11110428694981809441noreply@blogger.com0tag:blogger.com,1999:blog-1578449827575659826.post-84371195364854654272012-01-09T02:46:00.003+04:002014-03-28T16:33:27.473+04:00Smayllar <\
İstifadə etmək üçün yeni smayllar təklif edirəm. Təbii ki, əgər indiyədək istifadə olunmayıbsa.
Firudin Allahverdihttp://www.blogger.com/profile/11110428694981809441noreply@blogger.com0tag:blogger.com,1999:blog-1578449827575659826.post-52071112175569461832011-12-29T04:53:00.000+04:002014-03-28T16:33:40.071+04:00Silah-pul
Deyirlər qədimlərdə, insanlar natural təsərrüfatla məşğul olduqları zaman bir dövr də olub ki, adamlar bir-birlərindən mal alarkən əvəzinə silah veriblər. Məsələn, otuz ox başlığı verib, tutaq ki, quzu alırlarmış və s.
İnsanın təkamülü onu həm də vəhişilikdən uzaqlaşdırır, daha sivil edir. Sivilləşdikcə də pul ortaya çıxdı və insanlar yavaş-yavaş silah əvəzinə puldan istifadə Firudin Allahverdihttp://www.blogger.com/profile/11110428694981809441noreply@blogger.com0tag:blogger.com,1999:blog-1578449827575659826.post-7778750277279449272011-12-27T01:16:00.000+04:002014-03-28T16:33:59.770+04:00İctimailəşməlimi, ictimailəşməməlimi?
O gün Facebook`da bir xəbər paylaşdılar: Slavyan Universitetində 3-cü prezidentin xatirə mərasimi vaxtı bir tələbə gülüb və rektor elə oradaca onun universitetdən qovulması barədə göstəriş verib. Dalğa Gənclər Hərəkatının fəalı Pərviz Əzimov foto kimi paylaşdığı bu xəbərə universitetin telefon nömrələrini də əlavə etmişdi. Bir çox gənc, elə mən özüm də o nömrəyə zəng vuraraq bu Firudin Allahverdihttp://www.blogger.com/profile/11110428694981809441noreply@blogger.com0tag:blogger.com,1999:blog-1578449827575659826.post-91448414883872282202011-12-24T19:58:00.001+04:002014-03-28T16:34:18.258+04:0050 metrlik tortu camaata necə yedirtməli?
Sumqayıtın icra başçısı Eldar Əzizov əvvəllər eyni vəzifədə işlədiyi zaman Gəncədə yaratdığı ənənəni Sumqayıtda da davam etdirir. Hər il ölkə başçısının ad günü hakimi olduğu şəhərin baş meydanında böyük tortu kəsir.
Videodan da gördüyünüz kimi, o bunu iş adamların təklifi kimi təqdim edir. Ola bilər. İş adamlarının siyasətə qarışmaları bilinən və qəbul olunan təcrübədir.
Həm Firudin Allahverdihttp://www.blogger.com/profile/11110428694981809441noreply@blogger.com0tag:blogger.com,1999:blog-1578449827575659826.post-12444766596717554292011-12-23T18:44:00.000+04:002015-02-19T23:59:49.139+04:00Musiqisini yazdığım qısametrajlı filmlər
Yalançılar (2008)
Ssenari - Nadejda İsmayılova,
Rejissor - Əbdülqəni Əliyev
"Butafilm"
* * *
Teatral həyat (2009)
Ssenari və rejissor - İlqar Nəcəf
"Butafilm"
* * *
Arxası qibləyə (2009)
Ssenari Səbinə Hüseynli
Rejissor Asif Rüstəmov
"Butafilm"
* * *
Şəbəkə (2011)
Ssenari: Səbinə Hüseynli
Rejissor: Kəmalə Rzayeva
"Firudin Allahverdihttp://www.blogger.com/profile/11110428694981809441noreply@blogger.com1tag:blogger.com,1999:blog-1578449827575659826.post-8815845023363909832011-12-23T01:29:00.001+04:002011-12-24T19:39:40.340+04:00Ərəb rəqsi
Yəqin ki, çoxunuz Youtube, həmçinin sosial şəbəkələrdə yayılan bu videonu görmüsünüz. Mən bu günlərdə uşaqlıqda sevimli kitablarımdan biri olan Qəzənfər Paşayevin "Altı il Dəclə-Fərat sahillərində" kitabını yenidən vərəqləyərkən İraqda yaşayan "göl ərəbləri"nin məişət və əyləncələri ilə bağlı maraqlı bir məlumatla rastlaşdım. Deyəsən orada bəhs olunan "hausa" rəqsi ilə bu videodakı arasında Firudin Allahverdihttp://www.blogger.com/profile/11110428694981809441noreply@blogger.com0tag:blogger.com,1999:blog-1578449827575659826.post-90262875562579991602011-12-17T06:58:00.000+04:002011-12-24T19:41:43.927+04:00Segah İslam
Deyilənlərə görə keçmiş xanəndələr arasında Segahı ən yaxşı İslam Abdullayev (1876-1964) oxuyarmış. Bu məharətinə görə hətta ona "Segah İslam" deyərlərmiş.
Seyid Şuşinski:
"İslam olan məclisdə nə Cabbar, nə Ələsgər, nə Keçəçi Məhəmməd, nə də mən Segah oxumazdıq."
Qurban Primov:
"O Yetim Segahı oxuyanda elə bil dağı-daşı dilə gətirirdi."
Bülbül:
"İslam fars qəzəli oxumazdı. O, Azərbaycan Firudin Allahverdihttp://www.blogger.com/profile/11110428694981809441noreply@blogger.com0tag:blogger.com,1999:blog-1578449827575659826.post-6007088582283355392011-12-15T00:45:00.002+04:002011-12-24T19:42:15.662+04:00"25-ci kadr" jurnalının 4-cü sayı
İnkişaf etmiş insanın özünə bənzər canlılardan - inkişaf etməmiş insanlar və heyvanlardan bir fərqi də onun mənəvi qidaya olan ehtiyacıdır. İnsanlar mənəvi qidanı müxtəlif dövrlərdə müxtəlif cür alıblar. Nə zamansa qayada qazılmış şəkilə baxıblar, sonra inək dərisinə çəkilmiş rəsmə... bir müddət sonra kitablardakı incə miniatürlərə və divarlardakı tablolara, son əsrlərdə isə bu Firudin Allahverdihttp://www.blogger.com/profile/11110428694981809441noreply@blogger.com0tag:blogger.com,1999:blog-1578449827575659826.post-59138759394662282842011-12-11T02:35:00.001+04:002011-12-11T04:22:32.742+04:00Əli Əkbər - "Sarı Gəlin"
Əli Əkbərin "Sarı Gəlin" romanından diqqətimi cəlb eləyən, aktual mövzulu diskussiyanı sizinlə paylaşmaq istəyirəm:
Toyxanada baş verənləri zalda quraşdırılan 12 kameranın ötürdüyü görüntülərdən və əlavə olaraq, toyu çəkən AtTV-nin 4 kamerasından izləyən Dayandur müəllim, “Dionis”dəki xüsusi kabinetdəki kreslosuna yayxanmışdı, Nüsrətin sevimli viskisindən içirdi. Soruşdu:
- Nə Firudin Allahverdihttp://www.blogger.com/profile/11110428694981809441noreply@blogger.com2tag:blogger.com,1999:blog-1578449827575659826.post-30255431398111866712011-12-10T16:44:00.001+04:002011-12-12T04:03:12.173+04:001news.az`ın xalqın uşağını danlaması
Dünən gecə "Afişa" jurnalında Səriyyə Əliyeva adlı bir azərbaycanlı qızın fikirlərini oxudum. Jurnalın layihəsinə əsasən keçmiş SSRİ respublikalarının hər birindən imperiya dağılan il doğulmuş bir gəncin dünyagörüşü öyrənilir. Azərbaycandan isə BDU-nun Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin tələbəsi Səriyyə Əliyeva öz düşüncələrini oxucularla bölüşüb. Firudin Allahverdihttp://www.blogger.com/profile/11110428694981809441noreply@blogger.com1tag:blogger.com,1999:blog-1578449827575659826.post-48197516056039836802011-12-09T01:57:00.001+04:002011-12-11T04:16:45.921+04:00Internet & TV
Mən İnternet-Televiziyalarla bağlı nə hökumətin əndişəsini, nə də bu əndişədən narahat olanları anlamıram. İnternet televiziyası ideyasının özü ümumiyyətlə nəsə inandırıcı görünmür. Çünki internet eyni zamanda o qədər fərqli formatda informasiya vermək imkanına malikdir ki, onun yanına televiziya kimi köhnəlmiş ifadə və ya anlayışı qatmağı doğru saymıram.
Bu gün internet Firudin Allahverdihttp://www.blogger.com/profile/11110428694981809441noreply@blogger.com0tag:blogger.com,1999:blog-1578449827575659826.post-58581800308848158542011-12-03T03:05:00.001+04:002011-12-09T02:08:30.642+04:00Şərt və şum
İctimai problemləri düşünən hər bir insanın bu problemlərin həlli barədə müəyyən istəkləri, gözləntiləri olur. Bir çox hallarda insanlar kütlə barədə utopik arzularla yaşayır. Məsələn, istəyirlər ki, hamının kitab oxuduğu, yeri zibilləmədiyi cəmiyyətdə yaşasınlar. Bəziləri hamının həftə sonu teatra gedərək bu biçim mədəni istirahət etməsini, mənəvi ehtiyacını yalnız yüksək incəsənət nümunələri Firudin Allahverdihttp://www.blogger.com/profile/11110428694981809441noreply@blogger.com0tag:blogger.com,1999:blog-1578449827575659826.post-43240535349038835322011-11-18T04:31:00.001+04:002011-12-11T04:18:00.699+04:00"Ümummilli Lider Qanunu" barədə
Milli Məclisə yeni qanun layihəsi çıxarmaq istəyirlər. Deyilənlərə görə layihə "Ümummilli lider barədə qanun" adlanmalıdır. Yəqin ki, artıq sizə hər şey bəllidir. Qanunu təqdim edənlər bu məsələnin ictimaiyyət tərəfindən müzakirə olunmasını istəyiblər. Bunu nəzərə alaraq bir vətəndaş kimi münasibətimi bildirmək istəyir, başqalarının da bu müzakirəyə qoşulmasını arzu edirəm.
XXI Firudin Allahverdihttp://www.blogger.com/profile/11110428694981809441noreply@blogger.com0tag:blogger.com,1999:blog-1578449827575659826.post-46237773906483608432011-11-17T01:36:00.001+04:002011-11-17T05:10:42.737+04:00Üzeyir Hacıbəyov - Firuzənin ariyası
Kompozitor Üzeyir Hacıbəyov ömrünün son illərində "Firuzə" adlı opera yazmağa başlamışdı. Amma təəssüf ki, əsəri tamamlamadan dünyasını dəyişdi. Operanın bitmiş parçalarından biri Firuzənin ariyasıdır. (Ariyanı həm də Hacıbəyovun son əsəri hesab edirlər.)
Bu musiqini çox sevirəm. Dinləyən kimi böyük həyat təcrübəsi olan və ömrünün get-gedə həssaslaşan dövrünü yaşayan biri tərəfindən yazıldığınıFirudin Allahverdihttp://www.blogger.com/profile/11110428694981809441noreply@blogger.com0tag:blogger.com,1999:blog-1578449827575659826.post-84564398735021341682011-09-26T17:32:00.001+05:002011-10-03T03:50:09.695+05:00XIX əsrdə şəbeh mərasimi
Bu yaxnlarda Firidun Şuşinskinin "Azərbaycan Xalq Musiqiçiləri" (Bakı, "Yazıçı" 1985) kitabını oxuyarkən XIX əsr azərbaycanlılarının (ya da proto-azərbaycanlılarının) mədəniyyətləri və məişətləri barədə maraqlı faktlara rastladım. Düşündüm ki, bunu köçürdüm və paylaşım, bəlkə məndən başqa kimlərəsə də maraqlı oldu. (Mərhum F.Şuşinskinin bəhs etdiyi rəssam və onun əsərlərini də Firudin Allahverdihttp://www.blogger.com/profile/11110428694981809441noreply@blogger.com0tag:blogger.com,1999:blog-1578449827575659826.post-50883677310779772232011-09-26T00:46:00.000+05:002011-09-26T01:37:10.265+05:00Qoy hamı foto çəksin!
Əməkdar bloqqer Turxan Qarışqa hamının foto çəkməsindən narazı imiş. Nəinki narazı, adam əməlli-başlı hirslənib. Başa düşüləndir, yəqin hansısa foto çəkənin qeyri-peşəkarlığı Turxan bəyə şit təsir bağışlayıb deyə bloqunda bu məsələyə əl bulayıb.
Amma mən onun fikirləri ilə qəti razı deyiləm.
Əvvəla, həqiqətən də son illər fotoqrafiya ilə maraqlananların çoxalması müşahidə olunur. Amma Firudin Allahverdihttp://www.blogger.com/profile/11110428694981809441noreply@blogger.com0tag:blogger.com,1999:blog-1578449827575659826.post-55599967759470678552011-09-11T04:46:00.000+05:002014-09-11T04:51:28.686+05:00skp
Skype.ui({
"name": "call",
"element": "SkypeButton_Call_firudinallahverdi_1",
"participants": ["firudinallahverdi"],
"imageSize": 32
});
Firudin Allahverdihttp://www.blogger.com/profile/11110428694981809441noreply@blogger.com0tag:blogger.com,1999:blog-1578449827575659826.post-82051515491850436862011-09-08T16:28:00.002+05:002011-09-08T16:31:01.204+05:00Doğulmamış bacıların qisası
Deyirlər Azərbaycanda oğlan uşaqlarının sayı get-gedə çoxalır. Əsas səbəb də qız uşaqlarının valideynlər tərəfindən abort edilməsidir.
İnsanlar çox güman ki, öz qızlarının gələcəyindən narahat olduqları üçün onların doğulmasını istəmirlər.
Nədən narahatdırlar? Yəqin ki, qızların bu cəmiyyətdə necə baş çıxaracaqlarından.
Bəs bu cəmiyyəti təşkil edənlər kimdi? Elə özləri.
Demək Firudin Allahverdihttp://www.blogger.com/profile/11110428694981809441noreply@blogger.com0tag:blogger.com,1999:blog-1578449827575659826.post-21204456614439258302011-08-31T04:41:00.011+05:002011-08-31T05:10:04.911+05:00"rayon" yoxsa "el"? (konstruktiv təklif)
İnzibati ərazi vahidi kimi "rayon" sözünü heç vaxt bəyənməmişəm. Mənə elə gəlir ki, bu sözü dəyişdirməyin zamanı çoxdan gəlib çatıb.
Məncə "el" sözü daha çox məntiqlidir, nəinki "rayon". Oxşar praktika Türkiyədə də var - "il".
Biri var deyəsən tutaq ki, "Ağcabədi rayonu" - adamın yadına nəsə polis-filan, icra strukturu, "tərəfimizdən ... aşkar edilmişdir", "barəsində həbs qəti imkan Firudin Allahverdihttp://www.blogger.com/profile/11110428694981809441noreply@blogger.com0tag:blogger.com,1999:blog-1578449827575659826.post-30558408560137313452011-08-26T18:00:00.086+05:002011-08-31T05:08:51.358+05:00İran səfəri (2007)2007-ci ildə İrana səfər etmiş və o zaman əməkdaşlıq etdiyim, Azərbaycan mətbuat tarixində şərəfli bir iz buraxmış "Alma qəzeti"ndə (2007, Aprelin 7,14,21 və 28-i saylarında) səfər təəssüratlarımı yazmışdım.
Bu yaxınlarda bir dostumuz İrana gedəcəyini bildirib məndən o ölkə barədə məlumat almaq istədi. Qəzetin saytındakı arxivləri eşələyib İran səfərimlə bağlı 4 hissəyə bölünmüş yazını tapdım, Firudin Allahverdihttp://www.blogger.com/profile/11110428694981809441noreply@blogger.com0tag:blogger.com,1999:blog-1578449827575659826.post-60129770553413299072011-08-23T01:25:00.006+05:002012-09-10T02:04:05.165+05:00"Dəqiq" və "qeyri-dəqiq" xalqlar
Xalqlar barədə stereotiplər var. Məsələn, "almanlar dəqiq xalqdır."
Niyə almanlar dəqiq xalqdır, amma tutaq ki, pakistanlılar yox?
Səbəb çox sadədir - sistem.
Azərbaycanda da heç nə demirəm, nəqliyyat sistemi dəqiq qurulsa, görün bu xalq qısa müddətə necə dəyişir.
Təsəvvür edin ki, evinizin yanındakı dayanacaqdan avtobus dəqiq 14:04-də çıxır və
Kukla teatrının yanına dəqiq 14:43-dəFirudin Allahverdihttp://www.blogger.com/profile/11110428694981809441noreply@blogger.com0tag:blogger.com,1999:blog-1578449827575659826.post-53429166976307104362011-07-26T01:43:00.003+05:002011-08-23T01:51:21.798+05:00Transliterasiya problemi
Latın əlifbası - dünyanın ən qabaqcıl kəsiminin əlifbasıdır. Bizim də bəxtimiz onda gətirib ki, biz o əlifbadan istifadə edirik. Başqa xalqlar kimi, necə deyərlər "ilan-qurbağa" əlifbamız yoxdur.
Amma bir problemimiz var ki, o da xüsusi isimlərin transliterasiyası problemidir.
Transliterasiya - yazının bir əlifbadan başqasına keçirilməsinə deyilir. Biz isə eyni əlifba Firudin Allahverdihttp://www.blogger.com/profile/11110428694981809441noreply@blogger.com0