6.12.2009

Adamlar və heykəllər

Prezident İlham Əliyev Bakıda Koroğluya abidə qoymaq qərarına gəlib.

Maraqlıdır, bu heykəl nəyə lazımdır?

Qazancımızdan verdiyimiz vergilər, torpağın sərvətindən gələn gəlirlərdən büdcəyə yığılan vəsait buna xərclənməlidirmi?

Heykəllər nəyə görə qoyulur? Məsələn, Koroğlunun heykəlinə baxan azərbaycanlı, ya qeyri-azərbaycanlı nə hisslər keçirməlidir? Bunları da bir tərəfə qoyuram...

Məncə heykəlin müasir dövrdə əsas görəvi insanlara estetik həzz vermək olmalıdır. Amma mən artıq əminəm ki, Bakıda qoyulacaq Koroğlu heykəli məsəl üçün, Türkiyənin Bolu şəhərində qoyulmuş Koroğlu heykəlindən heç nə ilə fərqlənməyəcək:



















Yəni bildiyimiz Koroğlu, at belində-filan... ətrafdakılara hər hansı estetik həzz verəcəyi böyük şübhə doğrurur...

Çünki bizim əksər heykəltəraşlarımızın, digər sahələrdə çalışanlarımız kimi dünya praktikasından xəbəri, həm də totalitar cəmiyyətdə yaşadıqları üçün yaradıcı cəsarətləri yoxdur.

Gəlin dünyadakı bir neçə heykələ baxaq:



Parisdəki məşhur “Le pouce” (Baş barmaq) heykəli.
Müəllif:César Baldaccini
Mənbə: wikimedia





















---
Brüsseldəki Vaartkapoen heykəli
Müəllif:Tom Frantzen
Fotoqraf:Mario Scolas
Mənbə: wikimedia















---
Praqada Kafkaya qoyulmuş heykəl:



















Bubu səhifələrə baxmaqla maraqlı heykəlləri görə, gözünüzün pasını tökə biləcəksiniz.

Ya da buyurun, Abbas Atilayın Norveçdəki Gustav Vigeland heykəllərindən hazırladığı fotoalboma tamaşa edin....


Yaxşı, indi bu heykəli qoyulacaq Koroğlu ilə necə edək?


Məncə heykəldənsə normal parklar salsınlar; mərmər yox, ot örtüklü. Qoy gənclər o parklarda otursunlar, gitara çalsınlar, öpüşsünlər, sevişsinlər.... Biz də baxaq, sevinək...

Əfsanəvi Koroğludansa, qoy canlı insanlar görək parklarımızda. Park demişkən:

İnkişaf etmiş ölkələrin parkları:















Bizim parklar:














Onlarda parklar ADAMLAR və onların istirahəti üçün nəzərdə tutulub, bizdə isə park kəndlərdə servantlara qoyulan "Madonna" fincan dəstinə bənzəyir.
Ümumiyyətlə, bizdə NƏ insan üçün nəzərdə tutulub?
Ya da bizə HEYKƏLLƏR, yoxsa ADAMLAR lazımdı?

1 yorum:

  1. sizin bir yerde fikrinle razilashmiram ona gore ki sheherde heykel olmalidi amma koroglu kimi heykel yox shexsiyyetlerin meselen atillani qoymaq olar duzdu atilla azerbaycan ucun nese etmeyib ancaq turk dunyasi icin edib ve ya dede qorqud shehere muasir heykel yarashir indi ancaq eyri uyru ishler yox savadli ishler lazimdi onda sheher gozelleshser xaricden gelen deyer ki he Baki gozel shserdi ancaq park salmaqnan ish gurtarmir men ermenileri teriflemirem en nifret elediyim xalqdi ancaq onlar bele sheylere onem verirler biz youtubede sheher ishiqlarinin fontanlarin videosunu gosteririk onlar ise sheherde qoyulan heykellerin ve bununla oyunurler ancaq bize gelende sheher gozel heykel saridan kasibdi ona gore ki bash bilenler medeniyyet saridan kasibdi

    YanıtlaSil