27.07.2009

Azərbaycan müəllimi (video)

Bu videoya baxın. Materialı mənə təqdim edən vətəndaşın dediyinə görə hadisə Sumqayıt şəhəri, 10 saylı məktəbdə baş verib...

Buyurun, Azərbaycan təhsili... "Niyə bu xalq öz haqq-hüququnu bilmir" sualının ən böyük cavabı - xalq günahkar deyil! Günahkar bu sistemdir! Konkret bu mövzuda - təhsil sistemi! Daha geniş götürsək - hakimiyyət!

Bir simvola da diqqət edin - hadisələr divardakı Dövlət Gerbinin və digər atributların altında baş verir. Səhv etmirəmsə, Gerbin yanında həm də Respublikamızın 3-cü prezidenti, mərhum H.Əliyevin portreti asılıb.

video

7.07.2009

Qədim xalqlar

"...Təsəvvür edin ki, Italiya Respublikası özünü Qədim Roma dövlətinin varisi elan edir, bütün Aralıq dəniz ətrafı ölkələrə nota göndərir ki, özlərini yığışdırıb Italiyaya birləşsinlər. Qobustanda tapılan bir daş kitabə var, yadınızdamı? Üzərində filan ildə Roma ordusunun bura gəlməsindən danışılır. Bax o kitabəni əsas gətirərək bizə də ultimatum verirlər ki, elə etməyin təzədən ora gələk…
Paradoks bundan ibarətdir ki, biz o kitabə ilə fəxr edirik, halbuki yuxarıda danışdığım hipotetik əhvalat baş versə, o kitabə bizim əleyhimizə ifadə verə bilər.
Bu “Böyük Ermənistanı bərpa” məsələsi sərsəmlikdir, bunu hamımız boynumuza alırıq, amma o zaman niyə Səfəvi dövlətinin yalnız bizə məxsus olduğunu irəli sürüb, 2 milyon kv2 ərazinin bizim olmasını arzu edirik?..." YAZINI TAM ŞƏKİLDƏ OXUMAQ ÜÇÜN LÜTFƏN "AZADLIQ" QƏZETİNİN SƏHİFƏSİNƏ BUYURUN.

6.07.2009

Qarı və Prezident

Nizaminin "Sultan Səncər və qarı" hekayəsini kim xatırlayır?
O əhvalatın üstündən təxminən 9 əsr vaxt keçib... Yenə Sultan, yenə qarı...
900 ildə dəyişən yalnız qarının istəyi olub.
Əgər Nizaminin qəhramanı qoca qarı Sultan Səncərdən ƏDALƏT istəyirdisə, onu ictimai problem maraqlandırırdısa, bu gün yaşadığımız cəmiyyətdəki qarı isə tamam başqa bir şey - KİŞİ istəyir. Qarı özü də qeyd etdiyi kimi ona pul-para, heç nə lazım deyil... yalnız KİŞİ!
900 il əvvəlki insan şahın öz xarakterini dəyişə biləcəyinə ümid edirdi, onun fikrincə Sultan Səncər onun sözü ilə dəyişə bilər. Bu günkü qarımız isə başa düşür ki, şahın xarakterini dəyişmək olmaz və problemin həlli kimi [başqa bir] KİŞİ axtarır...
Beləliklə, qarının fikrincə bütün problemləri həll etmək üçün məmləkətin bir KİŞİyə ehtiyacı var.

"Afro" qrupu (mp3)

Sizi show-business`imizin yeni imzası ilə tanış etmək istəyirəm. "AFRO" qrupu!!!
Eşitdiyimə görə onlar Azərbaycan musiqisinin vurğunudurlar, bəlkə də bu xalqlarımızın musiqiyə münasibətlərinin oxşarlığından qaynaqlanır. Belə ki, Afrika da Azərbaycan kimi öz folkloru ilə məşhurdur. Nə isə, uzun sicilləmə istəməzsiniz yəqin ki... Buyurun, aşağıdakı keçiddən "Afro" qrupunun ifasında "Barı Naxçıvan" mahnısına qulaq asın: