26.12.2010

Ümumi iş - Fotokitab



Bir neçə fotojurnalist Azərbaycanda ilk dəfə olaraq seçkiləri fotolarla təsvir edən fotokitab hazırlayıb. Bu fotokitabda ortaya qoyulan problem texniki və məzmun baxımından professional fotolarla təsvir olunduğu üçün bu layihə fotojurnalistlər üçün də xüsusi maraqla qarşılanacaq. Fotokitabda vətəndaş jurnalistikasından da istifadə edilib.

2010-cu il Parlament seçkilərini özündə təsvir edən bu fotokitab 26 X 21 sm formatda, 112 səhifədə nəşr olunacaq. Bu kitabın nəşri üçün artıq vaxtından əvvəl anonim çap evi ilə razılıq əldə edilib. Kitab ideya və dizayn baxımından “World Press Photo” illik məcmuəsindən təsirlənir.

Fotokitab pulsuz yayım üçün nəzərdə tutulur.

Fotokitabın təqdimatı Norveç İnsan Haqları Evində və ya Azərbaycan Media Mərkəzində təşkil olunacaq. Kitabın təqdimatı ilə yanaşı görülən işlərdən 5-6 dəqiqəlik səsli fotosessiya göstəriləcək və həmçinin bu fotolardan ibarət sərgi açılacaq. Bu təqdimat zamanı həmçinin şəffaflıq naminə əldə etdiyimiz maddi vəsaitin iştirakçılar qarşısında hesabatı veriləcək.

İndi bir çətinlik var:
Kitabın nəşri üçün vəsait. Foto jurnalistlərin müraciət etdiyi bütün donor qrumlarından neqativ cavab gəlib. Amma sözsüz ki, bu işin faydalı olacağına şübhə yoxdur. Təsəvvür edin ki, 2050-ci ildə "2010-da seçkilər necə keçirilirmiş?" kimi sualla qarşılaşan hər kəs bu fotokitabdan da yararlana biləcək.

Lütfən, kimin əlindən nə gəlirsə: 5, 10, 20, 50, 100, 500... yardım etsin.

Bank hesabı:

İntermediary bank:
SWİFT BİC: SABRRUMM
Saving Bank of RF Moscow, RU

Beneficiary bank:
cor.acc.: 30111840500000000408
SWIFT BIC: ATAZAZ22 ATABANK BAKU, AZERBAIJAN

BENEFICIARY: KARIMOV TURKHAN ELKHAN OGLY
Name:
Acc: 12-82553-3  (USD)

Əlaqə telefonları:
055 738  36 42 (Ahmed Mukhtar)
051 907 13 82 (Abbas Atilay)

Lütfən, bu informasiyanı hərə bacardığı kimi paylaşsın...


Hiç yorum yok:

Yorum Gönder