22.12.2010
Çadra problemi və onun görünməyən səbəbləri
Son zamanların ən aktual mövzusu çadra məsələsi oldu. Ölkənin müxtəlif yerindəki etirazlar cəmiyyət üçün gözlənilməz idi. İlk baxışdan bu hakimiyyətin növbəti oyunu kimi qarşılana bilər. (Wikileaks məsələsinə görə qərbə "görürsünüzmü, biz olmasaq bunlar gələ bilər" mesajı.)
Hadisələr çox güman ki, çoxdan bəri ölkənin ən strateji postunu tutmuş Misir Mərdanov`un qurban verilməsi və dindarlara cüzi güzəştlər edilməsi ilə sonuclanacaq və məsələ "həllini tapacaq".
Amma bütün hallarda, bu insanlar artıq küçələrə çıxırlar və çıxmaqdadırlar. Bu olanlar günün birində kontroldan çıxa və ölkədə qurulacaq teokratik rejimə doğru gedə bilər.
Beləliklə, görünən səbəb çadradır, bəs görünməyən nədir?
Məncə, insanlar yerdə yazılan qanunların işləmədiyini görəndə, göydə yazıldığı iddia olunan qanunlara üz tuturlar....
Fotoların müəllifi Abbas Atilay
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder