2.01.2011

Əli Əkbərin "Amneziya" romanından seçilmiş cümlələr



Bütün dünyada Paolo Coelho mənasız adamların, qlamur vurğunlarının, psevdointellektual və latent pederastların kumiridir.
***
Metro qarşısında limon satan qaraçıların intellekti nə qədərdisə, bu rusdillilərin də intellekti o qədərdir.
***
İctimai fiqurlar haqqında danışmaq qeybət sayılmır.
***
Oturmaq - bizim leksikonumuzda kafelərdən birinə doluşub kabab yemək, araq içməkdir.
***
Hər xalq öz hakimiyyətinə layiqdir - amma bir şərtlə; əgər həmin hakimiyyəti özü seçib, iş başına gətiribsə.
***
"Xalq demokratiyaya, insan haqlarına, azadlıqlarına hazır deyil" demək çox böyük əxlaqsızlıqdır.
***
Dünyadakı heç bir xalqın qanında rüşvət, yaltaqlıq, qorxaqlıq yoxdur. Qanın tərkibində zülal var, hormon var, eritrosit var...
***
Hakimiyyətdə təmsil olunan bircə nəfər intellektual göstərin mənə. Yoxdur! Ətrafınızdakıların hamısı yaltaq, oğrudur.
***
Axı siz müsəlmanların ümumiyyətlə polemika mədəniyyəti yoxdur. Sizin bütün əks-arqumentləriniz "sən o ayəni, hədisi, alimin sözünü düz başa düşmürsən"dən ibarətdi.

***
Siz müsəlmanlar demokratiyadan istifadə edib hakimiyyətə gəldiyinizdə, metod adlandırdığınız həmin bu demokratiyanın məzmun dəyərini dinlə doldurursunuz. Hər cür plüralizmə qapıları bağlayırsınız.
***
İslam dinində reform qətiyyən mümkün deyil. Siz islaholunmazsınız.
***
İslam demokratiyası - əslində dini diktatorluğun metodudur.
***
Azərbaycan insanının həyatında məhəbbət, özünü sırf ər-arvadlıq borcu - təbii, fizioloji akt kimi, ailənin dünyaya uşaq gətirmə vasitəsi kimi göstərir.
***
İndiki rejimdən daha pisini təsəvvür etmək doğrudan da əxlaqsızlıqdır.

-------
Qeyd: Bəyəndiyiniz başqa cümlələr varsa, yazıya şərh kimi əlavə edə bilərsiniz.


Roman barədə yazıçı Çingiz Hüseynov`un fikirləri: Azərbaycanca, Rusca.

Hiç yorum yok:

Yorum Gönder