23.12.2011

Ərəb rəqsi



Yəqin ki, çoxunuz Youtube, həmçinin sosial şəbəkələrdə yayılan bu videonu görmüsünüz. Mən bu günlərdə uşaqlıqda sevimli kitablarımdan biri olan Qəzənfər Paşayevin "Altı il Dəclə-Fərat sahillərində" kitabını yenidən vərəqləyərkən İraqda yaşayan "göl ərəbləri"nin məişət və əyləncələri ilə bağlı maraqlı bir məlumatla rastlaşdım. Deyəsən orada bəhs olunan "hausa" rəqsi ilə bu videodakı arasında bənzərlik var.

(səh.178)
[...]Orada gənc və ya hörmətli adam ölən həyətə girən kimi güllə atırlar. Hüzr sahibi gələnələri qarşılayır. Ona başsağlığı verirlər. Gələnlərə çay, qəhvə və siqaret təklif edirlər. Sonra yemək - aş gəlir. Daha sonra isə növbə ilə tayfaların savaş rəqsi - "hausa" mərasimi başlayır. Bayraq altında dövrə vururlar. Ölənin xatirəsi yad edilir. Biri ucadan onun haqqında sözlər deyir. Başqaları tüfənglərini göyə tutaraq ayaqlarının birini qaldırıb o birini qoya-qoya deyilən sözləri təkrar edir və atəş açırlar. Bu mərasim xeyli davam edir və əsl döyüş səhnəsini andırır.[...]

(səh.189)
[...]Toyda nağara çalınır. Axşama yaxın hamı yığışıb "hausa" tayfanın savaş rəqsini oynayırlar. Biri biri-iki bənd oxuyur. Başqaları xorla onu təkrar edir və dairə vurub silahlarını atıb tuta-tuta atəş açaraq oyanırylar.[...]















Foto: Qəzənfər Paşayev "Altı il Dəclə-Fərat sahillərində" Bakı Yazıçı nəş. 1987
Video: http://youtu.be/wOVZEUO1QDI

Hiç yorum yok:

Yorum Gönder