22.01.2011

Azərbaycan necə olmalıdır?



Deyəsən biz "azərbaycanlı necə olmalıdır?" sualının cavabına çox vaxt itirdik. Çox baş sındırdıq... Müxtəlif insanlar müxtəlif təkliflər irəli sürdülər - birimiz dedik "kitab oxusun", o birimiz dedik "yerə tüpürməsin, zibil atmasın", bir başqamız geyiminə lağ etdik, digərimiz toyda oynamasına və s..

İnsan isə hər yerdə insandır - canlıların primatlar dəstəsinin hominidlər ailəsindən bir növ...

Amma yenə gec deyil, gəlin barı bundan sonra "azərbaycanlı necə olmalıdır?" sualı əvəzinə "Azərbaycan necə olmalıdır?" sualı barədə düşünək. Çünki cəmiyyətin xarakterini sistem müəyyən edir, təklif və təqdim olunan sistem necədirsə, insanlar da ona uyğunlaşır.

Beləliklə, Azərbaycan necə olmalıdır?

Məncə Azərbaycan
- azərbaycanca yüksək keyfiyyətli təhsil verə bilən;
- kim nə istəyirsə edə bilən deyil, kim nə istəyirsə deyə bilən;
- seçdiyimiz vəkillər tərəfindən qəbul olunmuş qanunların qarşısında hamımızın bərabər olduğu;
- sağlığımızın, gələcəyimizin sığortalandığı;
- rahat və fərah içində yaşadığımız üçün qorunmasının vacibliyi barədə heç bir şübhəmizin olmadığı
bir ölkə olmalıdır.

Başqa təklifi olan varmı? Lütfən yazaq və sadəcə yazmaqla kifayətlənməyək.

Hiç yorum yok:

Yorum Gönder