21.11.2010

Mentalitet 2010





















Bu fotoya diqqətlə baxın. Çox yox, təxminən 100 il əvvəlin azərbaycanlılarıdır. Şübhəsiz, onların da özlərinəməxsus "mentalitet", "namus", "qeyrət" anlayışları olub.

Məsələn, indi bizə çox adi gələn məsələlər, tutaq ki, qadınların kişilərlə bir yerdə işləməsi, yaxud başı açıq gəzməsi onlar üçün dəhşətli bir hadisə ola bilərdi.

Fotodakı kişilər heç vaxt razılaşmazdılar ki, xanımları evdən başı açıq, tək-tənha çıxıb işə getsin, hansısa binada yad kişilərin yanında işləsin (hələ mən ictimai nəqliyyatda yan-yana oturub getməyi demirəm) - heç şübhəsiz bunu biqeyrətlik sayardılar, deyərdilər ki, bu kafirlərin, avropalıların adətidir, bizə yaramaz...

...100 il keçdi, indi biz onların düşüncələrini geriçilik, cahillik sayırıq...


* * *

...Amma indinin özündə də biz öz müasirimiz olan, fəqət bizdən irəlidə olan cəmiyyətlərdəki həyat tərzinə, məişətinə qəribə baxırıq, bəyənmirik, hətta bəzən bunu əxlaqsızlıq sayıb, deyirik ki, onlara oxşamayaq, öz adət-ənənəmizi saxlayaq və s...

Beləliklə, inkişaf etmiş cəmiyyətlərə münasibət baxımından bu fotodakı adamlardan bir fərqimiz olmur...

Bu fotodakı adamlar bir əsr əvvəl öz mentalitetlərini bəyənib, müasirləri olan tutaq ki, firəngistanlılardan narazı idi, biz də bu gün öz mentalitetimizi bəyənib öz müasirlərimiz olan fransızlardan narazıyıq...

Amma eyni zamanda bu fotodakı adamların da düşüncəsinə cahillik deyə bilirik...

Yəqin bizdən 100 il, hətta 20-30 il sonrakı nəsillər də cəmiyyətimizdə bu gün yaşamını sürdürən qadağalara güləcək, bunları geriçilik, cahillik sayacaq...

Mentalitet dediyin də elə bu zatən. Zaman-zaman dəyişir, elə dəyişməlidir də. Əgər prinsip kimi "hər şey olduğu kimi qalmalıdır" desək, o zaman gərək bütün bəşəriyyət mağaralara dönsün, çünki hər şey oradan başlayıb.

Fotonu əldə etdiyim ünvan.

4 yorum:

  1. Bele gelib- belede gedecey. biz firenglere hec vaxt cata bilmeyeceyik, cunki onlar dayanmir. hatem.

    YanıtlaSil
  2. Hər bir cəmiyyətin lokomotivi onun ziyalılarıdır. Əgər ziyalılar mentalitet sözünü cəmiyyətə düzgün formada çatdırmağı bacarsalar, ümid edirəm ki, cəmiyyətin dəyişməsi bir o qədər sürətli olar.

    YanıtlaSil
  3. Bəşəriyyət ideallığa doğru addımlayır və yəqin bir zaman elə dövr gələcək ki, insanlar maddi əşyalara verilən hədsiz dəyəri geriqalmışlıq sayacaqlar. Təsəvvür et ki, kimsə chanel, dior istifadə etdikdə onu gizlində "çuşka" sayacaqlar))) Bir gün insanlar "bahalı" yox "rahatlıq" anlayışına önəm verəcəklər. Bir gün daha cilalanmış cəmiyyət mövcud olacaq və həmin cəmiyyətin formalaşmasına kimi gedən bütün yollar, o zamana kimi yaşamış bütün insanlar (içi sən, mən daxil olmaqla) yalnız vasitə obrazı yaradacaqlar.

    amon_liz

    YanıtlaSil
  4. Mən mentalitetimizin daha deyişməsinə razı deyiləm.Hal-hazirki müasir mentalitetimiz onu göstərirki növbəti deyişmə mərhələsində (qız öz sevgilisini atasının yanına getirəçək bu mənim sevgilimdi deyəcək) Azərbaycanda bunların baş verdiyi gun, artiq Azərbaycan mentalitetinin mehv olduğu gundur.Bundan sonra daha biz Avropa mentaliteti deyerek danişarıq.

    YanıtlaSil