17.06.2010

Təəssübkeşlərin oğurluğu

Facebook şəbəkəsində "AZƏRBAYCANDA AZƏRBAYCANCA DANIŞAQ!" adlı bir səhifə var. Təsadüfən bu səhifədə belə bir foto gördüm: (bu və sonrakı şəkillərin üzərinə tıqlayıb, başqa pəncərədə daha dəqiq ölçüdə baxa bilərsiniz)





















Hiss olunur ki, bunu düzəldən (imzasını Cavid Behruz kimi təqdim edən) insan özünü "dil təəssübkeşi" kimi göstərmək istəyib. Amma...

Azərbaycan dilinin qrammatikasını bir balaca bilən adam gözünün ucu ilə baxsa, burada nə qədər səhvin olduğunu görər. Cümlə quruluşlarına baxan kimi, bunun türklərdən oğurlandığını hiss etdim. Axtardım və tapdım. Buyurun:






















Gördüyümüz kimi, bizim savadsız "dil təəssübkeşi"nin fantaziyası çox zəif imiş: heç rəngləri də dəyişməyib. Bütün bunlar barədə o fotoya şərh yazdım. Təkamül prosesinin ortalarında qalmış insanların xarakterinə bələd olduğumdan, yazdığımı əvvəlcədən PrintScreen etdim.
Buyurun:




























Duyğularım məni aldatmadı, onlar ifşa edildiklərini görüb, yazımı sildilər, özümə isə block qoydular.
Sonradan da nə açıqlama verdilər, nə də bu oğurluq şəkli ləğv etdilər...

Deməli, nə İFADƏ AZADLIĞIna, nə də MÜƏLLİF HÜQUQLARIna məhəl qoymadılar.

***
Görəsən niyə gənc vətəndaşlarımız belə aqressiv və avtoritarlığa meyllidir? Niyə rahat deyillər bu insanlar? İnsan necə özünü "dil təəssübkeşi" göstərmək naminə başqasının ƏQLİ MÜLKİYYƏTİni oğurlayar?
Məncə bu cür insanlara qarşı İCTİMAİ QINAQ mexanizmini işə salmalıyıq.

O səhifəyə üzv olanlardan xahişim:
- Hər birimizin (hətta bunu edənlərin) söz azadlığının müdafiəsi üçün bu fotoya bütün bunlar barədə şərh yazın. (Mən "block" edildiyimdən yaza bilmirəm)

O səhifəyə üzv olmayanlardan xahişim:
- Lütfən, bu yazını lazım bildiyiniz formada yayın.

Təşəkkürlər.

10 yorum:

  1. Serf elemeyen yazilar hamisi silinir ordan :)

    YanıtlaSil
  2. Indi de fbde melumat yayiblar ki, bes Firudin qaralama ile meshgulmush. :))) Firudinin ishi gucu yoxdur da, onu qaralayacaq. Ismarishlari silirler, hele ustelik ozlerine haqq da qazandirirlar, iradlari qebul etmeyecek qeder cilizdir bu Cavid Behruzdur kimdir o.

    YanıtlaSil
  3. Provakasiya yaratmaq ucun evvelden yazdiqlarinizi print screen etmisiz he :)) ay sizi... ayibdir ee sizeee

    YanıtlaSil
  4. ictimai qinaq? ICTIMAI QINAQ? üzr istəyirəm, Ramil Səfərovun "üzüqara" hərəkətindən utanc duyan birisinin ictimai qinaq aksiyalarına qoşulmaq fikrim yoxdur

    YanıtlaSil
  5. İctimai qinaq? Ramil Səfərovun "üzüqara" hərəkətindən utanc duyan birisinin ictimai qınaq aksiyasına qoşulmaq fikrində deyiləm

    YanıtlaSil
  6. Yox Firudin qaqaw senin boyuy sehvin var Biz azezerbaycanca daniwmiriq Biz AZERBAYCAN TURKCESINDE DANIWIRIQ!!! Yani bunun hec bir ferqi yoxdu Turkiye turkcesinde olsun yada Azerbaycan turkcesinde. Bele gorunur senin qariwigin var ve TURKU TURKDEN AYIRMAQ ISDIYIRSEN! BILKI NECEKI MEN VE BUTUN TURKLUYUYLE QURUR DUYANLAR SAGDI SEN VE SENINKIMILER BUNA NAIL OLMAYACAQ! Ferqi yoxdu birinci hansi turkcede yazilib yada onu kim cevirib esas odu bu 1 meqsede qulluq edir TURK DILININ QUDRETINI GOSTERMEK. ALLAHH TURKU QORUSUN! DUWMANIMIZ YOX OLSUN!

    YanıtlaSil
  7. He birde tekamul nezeriyyesi coxdan suquta ugrayib

    YanıtlaSil
  8. Tanri turku qorusun. turk de turke daldan qoysun.
    Imza: Bozqurd

    YanıtlaSil
  9. Senin kimisi ile eyni olkede nefes aldigimchun bu havani daha udmaq istemirem!!!!!!!!!!!!
    Qulaq as, sen yaxshisi budu, get HAYISTANda yasha, cunki bu aksiya artdiqca seni Azerbaycanda sag qoymayacaqlar! Xususile, Ramil Seferov haqqinda yazdiqlarindan sonra!!!
    Sen Sheytan Balasi kinofilmine baxmisan????........

    YanıtlaSil
  10. Firudin bey cox eziyyet cekib bele ishler ile bashinizi agratmayin, sonda siz ozunuz pis olacaqsiz. 100 manata imtahandan 5 qiymeti alan, ve menim kimi telebeni imtahana pul vermediyine gore 18 ay esgerliye gonderenlerden ne gozlyirsen, bu yazilari ogurlayanlarda bunlarin ogul-ushaqlaridirda.

    YanıtlaSil