24.02.2010

Kim öyrətməlidir?















Bəzi məsələlərin həllində hansı prosedur əsas götürülmləlidir?
Məsələn, demokratiyaya xalq hazır olmalıdır? Yoxsa bu - siyasi iradə ilə xalqa öyrədilməlidir?
Kitabi Dədə Qorqudda Qazan bəy öz oğlunu "baş kəsib, qan tökməməkdə" qınayır. Oğlu isə öz atasına "sən nə zaman məni öyrətdin ki, indi də tələb edirsən?" məzmunlu cavab verir.
Buyurun, Kitabi Dədə Qorquddan Qazan bəy və oğlu Uruz bəyin dialoqu:
QAZAN BƏG OĞLI URUZ BƏGİÑ TUTSAQ OLDIĞI BOYI BƏYAN EDƏR, XANIM, HEY!

[...] Qazan sağına baqdı, qas-qas güldi. Solına baqdı, çoq sevindi.Qarşusına baqdı, oğlancığını – Uruzı gördi. Əlin əlinə çaldı, ağladı. Oğlı Uruza bu iş xoş gəlmədi; ilərü gəldi, diz çökdi. Babasına çağırub soylar, görəlim, xanım, nə soylar.
Aydır:
Ünüm añla mənim, sözüm diñlə, ağam Qazan.
Sağıña baqdıñ, qas-qas güldüñ.
Soluna baqdıñ, çoq sevindiñ.
Qarşuña baqdıñ, bəni gördüñ, ağladıñ.
Səbəb nədir, degil maña,
Qara başım qurban olsun, babam, saña! – dedi.
Diməz olursañ,
Qalqubanı yerimdən mən duraram.
Qara gözli yigitlərimi boyuma aluram.
Qan Abqaz elinə mən gedərəm,
Altun xaça mən əlümi basaram,
Pilon geyən keşişiñ əlin öpərəm,
Qara gözlü kafir qızın mən aluram.
Dəxi səniñ yüzüñə mən gəlməzəm.
Ağladuğuña səbəb nə, degil maña!
Qara başım qurban olsun, ağam, saña! – dedi.

Qazan bəg alaldı. Oğlanıñ yüzinə baqdı. Çağırıb soylar, görəlim, xanım, nə soylar.

Qazan aydır:
Bərü gəlgil, qulunum oğul!
Sağım ələ baqduğumda
qardaşım Qaragünəyi gördüm, –
Baş kəsübdür, qan dökübdür,
Çöndi alubdur, ad qazanubdur.
Solum ələ baqduğumda
dayım Aruzı gördüm, –
Baş kəsübdür, qan döküpdür,
Çöldi alubdur, ad qazanıbdır.
Qarşum ələ baqduğumda səni gördüm,
On altı yaş yaşladıñ.
Bir gün ola, düşəm öləm, sən qalasan –
Yay çəkmədüñ, ox atmadıñ,
Baş kəsmədiñ, qan dökmədiñ,
Qanlu Oğuz içində çöldi almadıñ.
Yarınkı gün zaman dönüb, bən ölüb sən qalıcaq tacım taxtım
saña verməyələr, – deyü soñumı añdım, ağladım, oğul! –
dedi. 

Uruz burada soylamış, görəlim, xanım, nə soylamış; aydır:

A bəg baba!
Dəvəcə böyümişsən, köşəkcə aqlıñ yoq!
Dəpəcə böyümişsən, darıca beyniñ yoq!
Hünəri oğul atadanmı görər, ögrənər,
yoxsa atalar oğuldanmı ögrənür?
Qaçan sən məni alub
kafir sərhəddinə çıqardıñ,
qılıc çalub baş kəsdiñ?
Mən səndən nə gördüm, nə ögrənim? – dedi.
[...]
---
Kitabi Dədə Qorqud
Əsli və sadələşdirilmmiş mətnlər
ÖNDƏR nəşriyyatı
Bakı 2004

3 yorum:

  1. Dastanın orijinalını görməmişdim. Təşəkkürlər, Firudin bəy!
    Zamanın tələbi o vaxt baş kəsməkmiş. İndi də xarici dillə, kompüteri bilmək. Arxetiplər belə yerdə deyir ki, indi kişilik qalmayıb :)))

    p.s. ada bax-Qaragünəy. Adamın gözünün qabağına bığlı polislər gəlir :)

    YanıtlaSil
  2. Hörmətli ORG, oxuduğunuz və rəy göstərdiyiniz üçün mən sizə təşəkkür edirəm.
    Xüsusi sizin üçün "Kitabi Dədə Qorqudun əsl və sadələşdirilmiş mətni"ni PDF formatda netə yerləşdirdim - http://www.boxca.com/Firudin/md9ncqtphy2p/Kitabi_Dede_Qorqud.pdf.html

    YanıtlaSil
  3. Əla. Bir daha çox sağolun.

    YanıtlaSil