Bu günlərdə təsadüfən əlimə bir video keçdi. Baxarkən türklərim biz-biz oldu; dəniz kənarında bir dəstə zəhmətkeş, daşların üstündə yatmış qeyri-ənənəvi orientasiya nümayəndəsini yuxudan zorla qaldırıb, sonra ona həqarət yağdırırlar.
İnsanların danışıqlarında aqressiya hiss olunur...
Bizim vətəndaşlar sanki ona nəyisə sübut etməyə çalışırlar... həm də sevinə-sevinə...
Özlərinimi sübut edirlər? Kişiliklərinimi? Bu formadamı?
Bu nə aqressiyadır cəmiyyətimizdə, bu nə basqıdır?
Bu vətəndaşlar öz həyatlarında bəyəm bu qədər həqarət və basqı görürlər ki, onu da başqasına - bir zavallıya ünvanlayırlar?
Nə vaxt yarandı bu aqressiv insanlar? Necə yarandı?
Belə aqressiv cəmiyyət heç də yaxşı gələcək vəd etmir...
---
P.S. Video - iştirakçı şəxslərin konfidensiallığını qorumaq naminə, effekt süzgəcindən keçirilib.
---
Yuxarıdakı video oxumursa, Youtube vasitəsilə izləyəlim:
Bunlar özlərinə kişi deyən insancığazlardır ... Belələrinə həqiqətən yazığım gəlir!!
YanıtlaSilSavadsizliqdan yarandi o aqressiya
YanıtlaSilDahi sualdi:
YanıtlaSil"E haralisan?"
:)))
Aqresivlik bir yana, bu ne laqeydlikdir cemiyyetimizde?
YanıtlaSil