16.01.2010
Rüşvət və dövlətçilik
Rüşvət - insanların öz aralarında münasibətlərini nizamlamaq üçün vasitədir. Özü də bir vasitə kimi çox sadə, asan, amma eyni zamanda insanların bərabər şərtlər altında fəaliyyətinə mane olan vasitədir.
Beləliklə, Rüşvət - ibtidai vasitədir.
Dövlətçilik isə münasibətlərin nizamlanması aspektindən mahiyyətcə ibtidailiyə qarşıdır. Çünki dövlət - insanlar arasında münasibətləri qanunverici aktlar vasitəsi ilə tənzimləməyi öhdəsinə götürür.
Məlum olur ki, RÜŞVƏT və DÖVLƏTÇİLİK paralel mövcud ola bilməz. Məsələn, vətəndaş haqlı olaraq düşünə bilər - "münasibətimi dövlətin mənə təklif etdiyi müqavilə ilə deyil, pulumla tənzimləyə bilirəmsə, dövlət mənim nəyimə lazımdır?"
Beləliklə - Rüşvət varsa, dövlət haradadır? Dövlət varsa, niyə rüşvət də var?
Kaydol:
Kayıt Yorumları (Atom)
Maraqli yazidi.
YanıtlaSilamma mene daha maraqli gelen bir shey var- neye gore demek olar ki, hech bir blogda yazilar muzakire olunmur, en yaxshi halda yazinin altinda bir-iki sherh olur.
axi muzakire problemi daha derinden anlamaga komek edir.
umumiyyetle, muzakire bir medeniyyetdir-amma bu bizde hele ki, formalashmayib.yalniz bloglarda deyil bu. insanlar oxuduqlari kitablari, dinlediklerini musiqini, baxdiqlari filmleri de muzakire ede bilmirler, ne uchun konkret bir musiqini, filmi, kitabi ve s. sechdiklerini ifade ede bilmirler.
Farida düzgün vurğulayıb əslində.. çox qısa müddətdir blogum var heç bir ay deyil amma çox az şərh yazırlar.. düzdü məndə format başqadı ama yenə də mövzunu müzakirə etmək mümkündü.. bizim cəmiyyət buna yavaş-yavaş alışır..
YanıtlaSilHəmfikirəm: http://www.e110365.azeriblog.com/2009/09/30/mektub-5
YanıtlaSil