17.12.2011

Segah İslam


Deyilənlərə görə keçmiş xanəndələr arasında Segahı ən yaxşı İslam Abdullayev (1876-1964) oxuyarmış. Bu məharətinə görə hətta ona "Segah İslam" deyərlərmiş.

Seyid Şuşinski:
"İslam olan məclisdə nə Cabbar, nə Ələsgər, nə Keçəçi Məhəmməd, nə də mən Segah oxumazdıq."

Qurban Primov:
"O Yetim Segahı oxuyanda elə bil dağı-daşı dilə gətirirdi."

Bülbül:
"İslam fars qəzəli oxumazdı. O, Azərbaycan şairlərinin qəzəllərini, Füzulini, Zakiri oxuyardı. İslam Segahı o qədər gözəl oxuyardı ki, adamın ürəyi titrəyərdi."

İslam Abdullayevin sizə təqdim etdiyim bu Segahı 1914-cü ildə "Sport-Record" şirkətinin dəvəti ilə yazılıb. Oxuduğu qəzəl Məhəmməd Tağı Qumriyə aid "Keçdi qürbətdə ömrüm ah ilə, bir həmzəbanım yoxdur..." qəzəlidir.

P.S. Məlumatlar Firidun Şuşinskinin "Azərbaycan Xalq Musiqiçiləri" kitabındandır.

Hiç yorum yok:

Yorum Gönder