15.12.2011

"25-ci kadr" jurnalının 4-cü sayı















İnkişaf etmiş insanın özünə bənzər canlılardan - inkişaf etməmiş insanlar və heyvanlardan bir fərqi də onun mənəvi qidaya olan ehtiyacıdır. İnsanlar mənəvi qidanı müxtəlif dövrlərdə müxtəlif cür alıblar. Nə zamansa qayada qazılmış şəkilə baxıblar, sonra inək dərisinə çəkilmiş rəsmə... bir müddət sonra kitablardakı incə miniatürlərə və divarlardakı tablolara, son əsrlərdə isə bu siyahıya ən son yeniliklərdən biri - fotoqrafiya əlavə olunub.

Beləliklə, fotojurnal almaq, onu vərəqləmək, fotolara diqqətlə baxıb ondan ləzzət almaq mədəni insanlara aid bir işdir.

Təsəvvür edin ki, bizim ölkəmizdə 9 milyon əhali var, bircə dənə də fotojurnal, onun da tirajı 500 nüsxə.

Qiyməti də 3 manat.

Satış nöqtələri:

- "Akademiya" kitab mağazası (Fontanlarda, Ədəbiyyat muzeyinin altı);
- "Əli və Nino" kitab dükanları şəbəkəsi;
- Azad Fikir Universiteti.

Daha mənim sözüm yoxdur. O jurnal, o da siz..

Hiç yorum yok:

Yorum Gönder