İctimai problemləri düşünən hər bir insanın bu problemlərin həlli barədə müəyyən istəkləri, gözləntiləri olur. Bir çox hallarda insanlar kütlə barədə utopik arzularla yaşayır. Məsələn, istəyirlər ki, hamının kitab oxuduğu, yeri zibilləmədiyi cəmiyyətdə yaşasınlar. Bəziləri hamının həftə sonu teatra gedərək bu biçim mədəni istirahət etməsini, mənəvi ehtiyacını yalnız yüksək incəsənət nümunələri ilə qidalanaraq ödəməsini istəyir. Ya bir kəsim iddia edir ki, hamı öz hüququnu bilməli və onu qorumalıdır və s.
Çox güman ki, kütlə barədə ümumiləşdirilmiş arzu, istək və gözləntilər totalitar düşüncənin məhsuludur. (Bu arzu və istəklərin müsbət olması isə sadəcə bu fenomenin həm də paradoksallığı faktını gücləndirir.) Baxmayaraq ki, özüm də bir zamanlar belə düşüncələrdə bulunmuşam, amma indi bunu yanlış sayıram.
Fəqət problemsiz də yaşamaq mümkün olmur. :) O zaman fikrimcə biz kütlənin konkret durumunu deyil, onun fəaliyyət göstərdiyi, ya da ona təqdim olunan şərtləri qarşımıza problem olaraq qoymalıyıq.
3.12.2011
18.11.2011
"Ümummilli Lider Qanunu" barədə
Milli Məclisə yeni qanun layihəsi çıxarmaq istəyirlər. Deyilənlərə görə layihə "Ümummilli lider barədə qanun" adlanmalıdır. Yəqin ki, artıq sizə hər şey bəllidir. Qanunu təqdim edənlər bu məsələnin ictimaiyyət tərəfindən müzakirə olunmasını istəyiblər. Bunu nəzərə alaraq bir vətəndaş kimi münasibətimi bildirmək istəyir, başqalarının da bu müzakirəyə qoşulmasını arzu edirəm.
XXI əsrdə bu cür iş görmək - yəni şəxsiyyətə pərəstişi rəsmiləşdirmək çox gecikmiş addımdır. Şəxsiyyətə pərəstiş XX əsrin 1-ci yarısı gündəmdə olub. Totalitar hakimiyyətlər (SSRİ, Nasist Almaniyası, İtaliya, Türkiyə və s.) üçün kütlələri bu cür idarə etmək daha asan idi. Xalqın gələcək rifahını liderin ətrafında sıx birləşməkdə görürdülər.
Məncə indi bu məsələ ən azından dəbdən düşüb. Bir ətrafımıza baxaq, şəxsiyyətə pərəstiş deyəndə hansı ölkələr yada düşür? Türkmənistan, Şimali Koreya, Özbəkistan, ərəblər-filan... :)
17.11.2011
Üzeyir Hacıbəyov - Firuzənin ariyası
Kompozitor Üzeyir Hacıbəyov ömrünün son illərində "Firuzə" adlı opera yazmağa başlamışdı. Amma təəssüf ki, əsəri tamamlamadan dünyasını dəyişdi. Operanın bitmiş parçalarından biri Firuzənin ariyasıdır. (Ariyanı həm də Hacıbəyovun son əsəri hesab edirlər.)
Bu musiqini çox sevirəm. Dinləyən kimi böyük həyat təcrübəsi olan və ömrünün get-gedə həssaslaşan dövrünü yaşayan biri tərəfindən yazıldığını duymaq olur. Eyni zamanda çox işıqlıdır. Həm də bu musiqini Hacıbəyovun musiqi axtarışlarının gözəl nəticələrindən biri saya bilərik.
İfa edirlər:
Fidan Qasımova və Azərbaycan Radio və Televiziyasının Simfonik Orkestri.
Dirijor Ramiz Məlikaslanov
Səs yazısını əldə etdiyim səhifə - http://uzeyir.musigi-dunya.az/az/fonoteka.html
26.09.2011
XIX əsrdə şəbeh mərasimi
Bu yaxnlarda Firidun Şuşinskinin "Azərbaycan Xalq Musiqiçiləri" (Bakı, "Yazıçı" 1985) kitabını oxuyarkən XIX əsr azərbaycanlılarının (ya da proto-azərbaycanlılarının) mədəniyyətləri və məişətləri barədə maraqlı faktlara rastladım. Düşündüm ki, bunu köçürdüm və paylaşım, bəlkə məndən başqa kimlərəsə də maraqlı oldu. (Mərhum F.Şuşinskinin bəhs etdiyi rəssam və onun əsərlərini də internetdən tapdım ki, hər şey daha aydın olsun.)
[...]
Beləliklə, Şuşa şəhəri XIX əsrin sonunda musiqi mərkəzinə çevrilmişdi. Burada 70-ə qədər sazəndə fəaliyyət göstərirdi. Şuşada musiqi məktəbinin yaradıcısı məşhur musiqişünas Xarrat Qulu Məhəmməd oğlu (1823-1883) idi. Xarrat Qulu məclisə gözəl səsi olan gəncləri cəlb edərək məhərrəmlik təziyəsini keçirmək üçün onlara muğamatı və oxumaq qaydalarını öyrədirdi.
[...]
Azərbaycanın hər yerində olduğu kimi Şuşada da din xadimlərinin təhriki ilə dini mərasimlərə ciddi hazırlıq görülürdü. Hələ məhərrəmliyə üç ay qalmış cavanlar əllərində məşəl qapı-qapı evləri gəzər, pul yığardılar. İrandan xüsusi mərsiyəxanlar, dərvişlər dəvət edilərdi. Beləliklə, bir ay davam edən məhərrəmlikdə məscidlər qiymətli xalılarla döşənər, axund və mollalar məscid və təziyələrdə çıxış edərdilər. Şəhərin tamahkar tacir və xanzadələri də öz evlərində təziyə qurdurar, mərsiyə oxutdurardılar. Bu dini mərasim on gün davam edən aşura dövründə daha daha gərgin şəkil alardı: emalatxanalar, dükanlar bağlanar, hamı məscidlərə cəlb olunardı.
Qoy hamı foto çəksin!

Əməkdar bloqqer Turxan Qarışqa hamının foto çəkməsindən narazı imiş. Nəinki narazı, adam əməlli-başlı hirslənib. Başa düşüləndir, yəqin hansısa foto çəkənin qeyri-peşəkarlığı Turxan bəyə şit təsir bağışlayıb deyə bloqunda bu məsələyə əl bulayıb.
Amma mən onun fikirləri ilə qəti razı deyiləm.
Əvvəla, həqiqətən də son illər fotoqrafiya ilə maraqlananların çoxalması müşahidə olunur. Amma biz buna yalnız sevinməliyik. Deməli uzun onilliklərdən sonra insanlarımızda yaradıcılıq ehtiyacı baş qaldırıb. (Təbii ki, mən "insanlarımız" deyəndə istənilən cəmiyyətin lokomotivi olan GƏNCLİYİ nəzərdə tuturam.) Yaradıcılığın da ən asan ifadə vasitələrindən biri foto çəkmək olduğu üçün bu işlə maraqlananların sayı artıb.
Qoy hərə əlinə bir fotoaparat alsın. Qoy hamı foto çəksin.
Onsuz da 1-2 il sonra onların biri həkim, o biri hüquqşunas, bir başqası iqtisadçı olacaq. Amma foto çəkməyi bacaran, ümumiyyətlə azca da olsa incəsənət, yaradıcılıq ehtiyacı olan həkim, hüquqşunas, ya da iqtisadçı bu ehtiyacı hiss etməyən kolleqasından daha çox xeyirlidir, daha çox lazımlıdır!
11.09.2011
8.09.2011
Doğulmamış bacıların qisası
Deyirlər Azərbaycanda oğlan uşaqlarının sayı get-gedə çoxalır. Əsas səbəb də qız uşaqlarının valideynlər tərəfindən abort edilməsidir.
İnsanlar çox güman ki, öz qızlarının gələcəyindən narahat olduqları üçün onların doğulmasını istəmirlər.
Nədən narahatdırlar? Yəqin ki, qızların bu cəmiyyətdə necə baş çıxaracaqlarından.
Bəs bu cəmiyyəti təşkil edənlər kimdi? Elə özləri.
Demək bizim insanlar öz qız balalarını elə özləri kimilərdən qorumaq məqsədi ilə məhv edirlər.
Bu işin axırı pis qurtaracaq, camaat.
Oğlanlar o qədər çoxalacaq ki, axırda əks-cins çatışmazlığından homosexual olacaqlar.
Beləliklə də öz qızlarını öz mentalitetlərindən qoruyan valideynlərin oğulları mentalitetə yad sayılan işlə məşğul olaraq dolayısı ilə doğulmamış bacılarının qisasını alacaqlar.
31.08.2011
"rayon" yoxsa "el"? (konstruktiv təklif)
İnzibati ərazi vahidi kimi "rayon" sözünü heç vaxt bəyənməmişəm. Mənə elə gəlir ki, bu sözü dəyişdirməyin zamanı çoxdan gəlib çatıb.
Məncə "el" sözü daha çox məntiqlidir, nəinki "rayon". Oxşar praktika Türkiyədə də var - "il".
Biri var deyəsən tutaq ki, "Ağcabədi rayonu" - adamın yadına nəsə polis-filan, icra strukturu, "tərəfimizdən ... aşkar edilmişdir", "barəsində həbs qəti imkan tədbiri" kimi kəlmələr düşür.
Biri də var deyəsən "Ağcabədi eli". Aha, bu dəm yadımıza düşən nəsə səfalı bir guşə,
26.08.2011
İran səfəri (2007)
2007-ci ildə İrana səfər etmiş və o zaman əməkdaşlıq etdiyim, Azərbaycan mətbuat tarixində şərəfli bir iz buraxmış "Alma qəzeti"ndə (2007, Aprelin 7,14,21 və 28-i saylarında) səfər təəssüratlarımı yazmışdım.
Bu yaxınlarda bir dostumuz İrana gedəcəyini bildirib məndən o ölkə barədə məlumat almaq istədi. Qəzetin saytındakı arxivləri eşələyib İran səfərimlə bağlı 4 hissəyə bölünmüş yazını tapdım, qərara aldım ki, həm də sizlərlə paylaşım. Düzdü, son 4 ildə dünyada da, İranda da xeyli dəyişiklik olub, amma elə şeylər var ki, onlar yüzillərlə dəyişmir...
Əvvəllər İran vizasını almaq çox rahat idi; bu gün pasportu verirdin konsulluğa, sabah vizanı alırdın. İndi isə elə deyil. Viza almaq üçün şəhərin iki fərqli məkanında - Yasamaldakı İranın "Qırmızı aypara" cəmiyyətində və Musa Nağıyev adına xəstəxananın həyətində yerləşən AİDS mərkəzində qan analizləri verməlisən. Sonra bir daha gedib analizlərinin cavablarını almalısan, yalnız bundan sonra İran İslam Respublikasının konsulluğuna viza ilə bağlı müraciət edə bilərsən. Elə mənim İran səfərim də bu analizlərin cavabını alarkən tanış olduğum gənc vətəndaşımızla söhbətimizdən başladı. O, Qum şəhərinə ali dini təhsil almağa yollanırdı. Vətəndaşımız İranı elə sevir və elə məhəbbətlə danışırdı ki... nə deyim. Öyrəndim ki, o, iki il bundan qabaq "Gənclik" metrostansiyası yaxınlığında yerləşən hansısa dini mərkəzdə
Bu yaxınlarda bir dostumuz İrana gedəcəyini bildirib məndən o ölkə barədə məlumat almaq istədi. Qəzetin saytındakı arxivləri eşələyib İran səfərimlə bağlı 4 hissəyə bölünmüş yazını tapdım, qərara aldım ki, həm də sizlərlə paylaşım. Düzdü, son 4 ildə dünyada da, İranda da xeyli dəyişiklik olub, amma elə şeylər var ki, onlar yüzillərlə dəyişmir...
I Savaşdan öncəki İran
Qanı təmiz olmayan İrana gedə bilməzƏvvəllər İran vizasını almaq çox rahat idi; bu gün pasportu verirdin konsulluğa, sabah vizanı alırdın. İndi isə elə deyil. Viza almaq üçün şəhərin iki fərqli məkanında - Yasamaldakı İranın "Qırmızı aypara" cəmiyyətində və Musa Nağıyev adına xəstəxananın həyətində yerləşən AİDS mərkəzində qan analizləri verməlisən. Sonra bir daha gedib analizlərinin cavablarını almalısan, yalnız bundan sonra İran İslam Respublikasının konsulluğuna viza ilə bağlı müraciət edə bilərsən. Elə mənim İran səfərim də bu analizlərin cavabını alarkən tanış olduğum gənc vətəndaşımızla söhbətimizdən başladı. O, Qum şəhərinə ali dini təhsil almağa yollanırdı. Vətəndaşımız İranı elə sevir və elə məhəbbətlə danışırdı ki... nə deyim. Öyrəndim ki, o, iki il bundan qabaq "Gənclik" metrostansiyası yaxınlığında yerləşən hansısa dini mərkəzdə
23.08.2011
"Dəqiq" və "qeyri-dəqiq" xalqlar
Xalqlar barədə stereotiplər var. Məsələn, "almanlar dəqiq xalqdır."
Niyə almanlar dəqiq xalqdır, amma tutaq ki, pakistanlılar yox?
Səbəb çox sadədir - sistem.
Azərbaycanda da heç nə demirəm, nəqliyyat sistemi dəqiq qurulsa, görün bu xalq qısa müddətə necə dəyişir.
Təsəvvür edin ki, evinizin yanındakı dayanacaqdan avtobus dəqiq 14:04-də çıxır və
Kaydol:
Kayıtlar (Atom)


