31.08.2011

"rayon" yoxsa "el"? (konstruktiv təklif)












İnzibati ərazi vahidi kimi "rayon" sözünü heç vaxt bəyənməmişəm. Mənə elə gəlir ki, bu sözü dəyişdirməyin zamanı çoxdan gəlib çatıb.

Məncə "el" sözü daha çox məntiqlidir, nəinki "rayon". Oxşar praktika Türkiyədə də var - "il".

Biri var deyəsən tutaq ki, "Ağcabədi rayonu" - adamın yadına nəsə polis-filan, icra strukturu, "tərəfimizdən ... aşkar edilmişdir", "barəsində həbs qəti imkan tədbiri" kimi kəlmələr düşür.

Biri də var deyəsən "Ağcabədi eli". Aha, bu dəm yadımıza düşən nəsə səfalı bir guşə,
sadə, xeyirxah və zəhmətkeş insanlar olacaq.

Nəyinsə adının necə qoyulması çox mühümdür. Şəxs adının - onu daşıyan insanın xarakterinə cüzi də olsa təsiri olduğu kimi, inzibati ərazi vahidinin də adının orada yaşayan vətəndaşlarımızın xarakterinə cüzi də olsa təsir göstərəcəyi şübhəsizdir.

Fotonun mənbəsi.

Hiç yorum yok:

Yorum Gönder