23.08.2011
"Dəqiq" və "qeyri-dəqiq" xalqlar
Xalqlar barədə stereotiplər var. Məsələn, "almanlar dəqiq xalqdır."
Niyə almanlar dəqiq xalqdır, amma tutaq ki, pakistanlılar yox?
Səbəb çox sadədir - sistem.
Azərbaycanda da heç nə demirəm, nəqliyyat sistemi dəqiq qurulsa, görün bu xalq qısa müddətə necə dəyişir.
Təsəvvür edin ki, evinizin yanındakı dayanacaqdan avtobus dəqiq 14:04-də çıxır və
Kukla teatrının yanına dəqiq 14:43-də çatır. İndi dəqiq olma görüm, necə olmursan.
Kimsə deyə bilər ki, "axı bu sürücü də azərbaycanlıdı" - filan. Bununla razı deyiləm. Sən buna normal maaş ver, sığortasının qeydinə qal, yaxşı təlimatlandır və tələb et. Gör necə quzu kimi işləyəcək. Hər iş bacarırıq, bunu da bacarmayacağıq?.
P.S. Azərbaycanda maaşlar kartlarla veriləndən sonra mühasibatçıya verilən və yuxarı ötürülən "şirinlik" yoxa çıxdı. Halbuki, ağzıgöyçəklər deyirdi ki, bu bizim mentalitetimizin bir parçasıdır... ;)
Yəqin ki əslində sistem problemi var, xalq problemi yoxdur. ;)
Fotonun mənbəsi.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder