Latın əlifbası - dünyanın ən qabaqcıl kəsiminin əlifbasıdır. Bizim də bəxtimiz onda gətirib ki, biz o əlifbadan istifadə edirik. Başqa xalqlar kimi, necə deyərlər "ilan-qurbağa" əlifbamız yoxdur.
Amma bir problemimiz var ki, o da xüsusi isimlərin transliterasiyası problemidir.
Transliterasiya - yazının bir əlifbadan başqasına keçirilməsinə deyilir. Biz isə eyni əlifba daxilində transliterasiya ilə məşğuluq. Bir əlifbanın daxilində transliterasiyadan istifadə etmək isə Tağı Əhmədov demişkən "belə çox gülməli"dir.
Bütün latın əlifbası ailəsi bizim Şekspir kimi yazdığımız soyadı öz orijinalında - Shakespeare formasında yazır. Bircə bizik quqqudu kimi Şekspir yazan.
Bəs biz niyə quqquduyuq?
Çünki bir ara kiril əlifbasından istifadə etdiyimiz (və təbii ki, əcnəbi xüsusi isimləri kiril transliterasiyasında öyrəndiyimiz) üçün indi ikisinin əcaib sintezini yaratmışıq.
Çünki bir ara kiril əlifbasından istifadə etdiyimiz (və təbii ki, əcnəbi xüsusi isimləri kiril transliterasiyasında öyrəndiyimiz) üçün indi ikisinin əcaib sintezini yaratmışıq.
Latından kirilə, ya da əksinə transliterasiya olmalıdır. Çünki başqa-başqa əlifbalardır. Shakespeare soyadı kirilcə Шекспир, koreya əlifbasında 셰익스피어 yazıla bilər, amma eyni - latın əlifbasında Şekspir şəklində yazılması çox qəribə görünür...
(Təsəvvür edin, məşhur çex alimi və reformatoru Jan Hus`un adını biz hələ də Yan Qus adlandırır, onun tərəfdarlarını isə "qusçular" adı altında tədris edirik! Nədi-nədi bu ad-soyad kiril əlifbasına transliterasiya zamanı Ян Гус şəklində gəlib... Qeyri-ciddiliyin səviyyəsinə baxın...)

Latın əlifbası ailəsində bizdən başqa bunu edən yoxdur! Bircə ala qarğa bizik.
Əgər biz latın əlifbasından istifadə ediriksə, deməli latın əlifbası ailəsinin bərabərhüquqlu üzvüyük. Biz başqalarına, başqaları da bizə hörmət etməlidir. Biz onların yazıçısının soyadını Shakespeare şəklində, onlar isə tutaq ki, bizim müğənninin adını Üzeyir Mehdizadə şəklində yazmalıdılar. Daha Uzeyir Mehdizada, ya da Mehdi-zadeh şəklində yox.
Nə qədər ki, biz bu məsələni həll etməmişik - yəni Camus`nu Kamyu, Churchill`i Çörçil (:)) yazırıq, o qədər də total savadsızlıq davam edəcək.
P.S. Belə də ki, əcəb edib bir əsrdə 3 əlifba dəyişmişik. Əvəzində ən yaxşısını seçmişik. ;)
P.P.S. Xüsusi isimlərdəki apostroflar sizə qəribə gəlməsin, bu aralar imkan tapıb onlar barədə də yazacağam.
Hiç yorum yok:
Yorum Gönder