3.07.2011
Soruşmaq feili barədə sual
Mən dilçi deyiləm, qrammatika barədə də biliklərim böyük deyil. Ona görə bəlkə də bilgisizliyimdən yaranan bir sualı qrammatikadan başı çıxan adamlardan soruşmaq istəyirəm. Elə sualım da məhz "soruşmaq" məsdəri barədədir. Məncə bu məsdərdə bir naqislik var.:)
Əvvəla, -uş şəkilçisi əsasən kollektiv görülən iş barədə istifadə olunur - "görüşmək", "qarışmaq", "çalışmaq" və s. Başqa sözlə desək, -uşu kiminləsə, ya da kimlərləsə birgə edirsən: "Filankəslə görüşdüm", "Filankəs onlarla qaynayıb-qarışdı", Behmankəslə çalışdım".
Elə bənzər "danışmaq" məsdərini götürək. Bu zaman da kiminləsə danışırıq.
"Soruşmaq" feili işlənən zaman isə bunu nəyə görəsə kimdənsə edirik, məsələn "Filankəsdən soruşdum." :) Bu zaman nədənsə isimin çıxışlıq halı ortalığa çıxır...
Fikrimcə bu feilin [Türkiyə türkcəsində işlənən] "sormaq" forması daha doğrudur. Bu zaman məsdərdən öncə istifadə olunan ismin hallanmasını isə mübahisə etmək olar. Onlardakı kimi yönlük, yoxsa bizdəki kimi çıxışlıq?
Onlardakı yönlük hal ilk baxışdan uyğun olsa da ("Filankəsə sormaq") məna baxımından bizdəki çıxışlıq hal (Filankəsdən sormaq) nəzərə daha doğru gəlir. Çünki sor(uş)anda hansısa informasiyanı sorub çıxarırıq...
Belə. Başı çıxanların münasibəti maraqlı olardı.
P.S. Yazıya şərhi yalnız Facebook hesabı ilə yazmaq olar. Hesabı olmayanlar firudinallahverdi@gmail.com ünvanına da yaza bilərlər.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder