
Bir neçə fotojurnalist Azərbaycanda ilk dəfə olaraq seçkiləri fotolarla təsvir edən fotokitab hazırlayıb. Bu fotokitabda ortaya qoyulan problem texniki və məzmun baxımından professional fotolarla təsvir olunduğu üçün bu layihə fotojurnalistlər üçün də xüsusi maraqla qarşılanacaq. Fotokitabda vətəndaş jurnalistikasından da istifadə edilib.
2010-cu il Parlament seçkilərini özündə təsvir edən bu fotokitab 26 X 21 sm formatda, 112 səhifədə nəşr olunacaq. Bu kitabın nəşri üçün artıq vaxtından əvvəl anonim çap evi ilə razılıq əldə edilib. Kitab ideya və dizayn baxımından “World Press Photo” illik məcmuəsindən təsirlənir.
Fotokitab pulsuz yayım üçün nəzərdə tutulur.
Fotokitabın təqdimatı Norveç İnsan Haqları Evində və ya Azərbaycan Media Mərkəzində təşkil olunacaq. Kitabın təqdimatı ilə yanaşı görülən işlərdən 5-6 dəqiqəlik səsli fotosessiya göstəriləcək və həmçinin bu fotolardan ibarət sərgi açılacaq. Bu təqdimat zamanı həmçinin şəffaflıq naminə əldə etdiyimiz maddi vəsaitin iştirakçılar qarşısında hesabatı veriləcək.
İndi bir çətinlik var: